İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: Müharibənin tərəfini tutdu
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
"Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order vermək qərarı bu instansiyanı yəhudi dövlətinə qarşı müharibə mövqeyində qoyur".
Sitat.info- nun TASS-a istinadən xəbərinə görə, İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman belə bir bəyanatla çıxış edib.
O, bununla bağlı "Telegram" kanalında paylaşım edib.
"Bu gün Beynəlxalq Cinayət Məhkəməsi İsrailin təqdim etdiyi sübut və arqumentlərə məhəl qoymayaraq qərar qəbul etdi ki, bununla da İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin faktiki olaraq tərəfini tutmuş oldu", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbsinə order verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















