Icma.az
close
up
RU
İsrail Trampın andiçmə mərasiminə qədər girovlar azad olunmasa, HƏMASı məhv edəcəyini bildirib

İsrail Trampın andiçmə mərasiminə qədər girovlar azad olunmasa, HƏMASı məhv edəcəyini bildirib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən əvvəl Qəzza zolağında saxlanılan girovları azad etməzsə, onun "tamamilə məhv edilməsi" üçün plan hazırlamağı əmr edib.

Bizimyol.info xəbər verir ki, "The Times of Israel" nəşri Katza istinadən bildirib.

“Əgər girovlarla bağlı razılaşma prezident Tramp vəzifəyə gələnə qədər tamamlanmasa, Qəzzada Həmas tam məğlubiyyətə uğramalıdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yanvarın 9-da axşam nazir İsrail ordusu komandanlığının, o cümlədən ordunun Baş Qərargah rəisi Herzi Halevinin iştirakı ilə müşavirə keçirərək hərbçilərə HƏMAS-ın "tam məğlubiyyəti" üçün planı ona təqdim etməyi tapşırıb.

Katz ordudan "planın həyata keçirilməsini çətinləşdirə biləcək problemlərə, o cümlədən humanitar və digər məsələlərə aydınlıq gətirməyi və lazımi qərarların qəbulunu İsrailin siyasi rəhbərliyinə həvalə etməyi" tələb edib.

“Bizə baha başa gələcək, qələbəyə, eləcə də Həmasın tam strateji məğlubiyyətinə və Qəzzada müharibənin sona çatmasına gətirib çıxarmayacaq bir uzadılmış müharibə planı qurmamalıyıq”, - deyə İsrailin müdafiə naziri bildirib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas tərəfdarlarının İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsi ilə müşayiət olunan hücumdan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb.

Girovların bəziləri 2023-cü ilin noyabr ayının sonlarında humanitar fasilə zamanı azad edilib, bundan sonra döyüşlər yenidən başlayıb və bu günə qədər davam edir. Eyni zamanda, Qəzzada oğurlanmış qalanların azad edilməsi və atəşkəsin yaradılması üçün danışıqlar aparılır.

İsrail tərəfinin son məlumatına görə, Fələstin anklavında 98 nəfər girov olaraq qalır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri