Icma.az
close
up
RU
İsrailin nüvə obyektində aktiv iş gedir VİDEO

İsrailin nüvə obyektində aktiv iş gedir VİDEO

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, analitiklərin öyrəndiyi peyk görüntülərinə istinad edən “South China Morning Post” (SCMP) nəşri belə məlumat yayıb.
Materialda işin İsrailin Dimona şəhəri yaxınlığındakı Negev səhrasında yerləşən Şimon Peres adına Nüvə Araşdırmaları Mərkəzində aparıldığı bildirilir.
Müsahibə verən və görüntüləri nəzərdən keçirən 7 ekspert, aktiv tikinti işlərinin İsrailin nüvə silahına doğru irəliləməsi ilə əlaqəli olduğunu düşündüklərini deyiblər.
“Fotoşəkillər Amerikanın özəl “Planet Labs PBC” şirkəti tərəfindən iyulun 5-də çəkilib. Mütəxəssislər ərazinin Dimonadakı reaktorun yaxınlığında yerləşdiyinə və burada mülki elektrik stansiyalarının olmadığına diqqət çəkiblər”, - qəzet yazır.
Üç analitik deyib ki, obyektin yeri və ölçüsü, eləcə də çoxmərtəbəli olması ehtimalı işin yeni ağır su reaktorunun tikintisi ilə bağlı olduğunu göstərir. Belə reaktorlar plutonium və nüvə silahı yaratmaq üçün lazım olan digər materialların istehsalı üçün istifadə edilə bilər.
Digər dörd ekspert bunun ağır su reaktoru ola biləcəyini təsdiqləsə də, eyni zamanda. işin yeni nüvə silahlarının yığılması obyekti ilə əlaqəli olması versiyasını da irəli sürüb.
- İsrailin nüvə proqramı 1950-ci illərin ortalarında, ölkənin ilk baş naziri David Ben-Qurion qonşu ərəb ölkələrinin şərti hərbi üstünlüyünü kompensasiya etmək və hərbi fövqəladə vəziyyət zamanı müdafiə vasitəsini təmin etmək üçün “nüvə sığortası” axtardığı zaman başlayıb. İsrailin nüvə proqramına rəhbərlik etməyi Ben-Qurion Şimon Peresə tapşırdı”, - “Nüvə alimlərinin bülleteni” qrupunun ekspertləri xatırladıblar.
1957-ci ildə İsrail Fransadan tədqiqat reaktoru və plutonium istehsalı texnologiyası, 1959-cu ildə isə Norveçdən nüvə reaktorlarında istifadə olunan 20 ton ağır su alıb. Paralel olaraq 1958-ci ildə Dimonada nüvə mərkəzinin tikintisinə başlanılıb.
1986-cı ildə Böyük Britaniyanın “The Sunday Times” qəzeti İsrailin 20 ildən artıqdır ki, nüvə başlıqları istehsal etdiyini və hazırda “demək olar ki, bütün şəhərləri məhv edə biləcək termonüvə silahı üzərində işlədiyini” yazıb.

Məqalə Dimona yaxınlığındakı nüvə mərkəzini lazımi komponentlərlə təmin edən “tam məxfi nüvə bunkeri” Maxon 2-də on il işləmiş israilli nüvə texniki Mordehay Vanunun məlumatlarına və fotoşəkillərinə əsaslanırdı.
Nüvə alimləri görüntüləri təhlil edərək belə qənaətə gəliblər ki, İsrail nüvə arsenalına görə dünyada ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən sonra altıncı yerdədir.
“Negev zavodu Fransız texnologiyasından istifadə edir və bu texnologiya Dimonanı tədqiqat müəssisəsindən bomba istehsalı müəssisəsinə çevirib. Alimlərin hesablamalarına görə, İsrail müxtəlif gücdə 100 ilə 200 arasında nüvə başlığı istehsal edib”, - nəşr yazır.
Lakin İsrail rəsmiləri bu dəlilləri şərh etməyiblər.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri