Icma.az
close
up
RU
İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sonuncu xəbərə görə; İsrail ordusunun Qəzzaya yenidən genişmiqyaslı hücumları qadın və uşaqlar da daxil olmaqla 200 fələstinlinin ölümünə səbəb olub.

Bizimyol.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee "X" hesabında etdiyi paylaşımda Qəzzaya hücumların yenidən başladığını açıqlayıb.

“Siyasi səviyyənin göstərişi ilə İsrail ordusu və daxili təhlükəsizlik agentliyi Şin-Bet (Şabak) Qəzza zolağının hər yerində HƏMAS-a bağlı hədəflərə genişmiqyaslı hücuma keçib”, - deyə Adraee bildirib.

Fələstinin "WAFA" xəbər agentliyi İsrailin Qəzzaya hücumları nəticəsində çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirib.

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisin əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını bombaladığı bildirilir. Hücumda çoxlu fələstinlinin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.

Bildirilib ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin Əd-Derec məhəlləsində məcburi köçkün fələstinlilərin sığındıqları məktəbi və Tel əl-Heva məhəlləsində 3 evi bombalayıb.

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki Burej və Nusayrat qaçqın düşərgələrini də hədəf aldığı bildirilir. İsrail ordusunun hücumlarında aralarında qadın və uşaqların da olduğu 200 fələstinlinin həyatını itirdiyi bildirilib.

Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Abasan əl-Kəbirə bölgəsində İsrailin hücumu nəticəsində yaralananların da olduğu bildirilib.

Axtarış-xilasetmə qruplarının İsrail döyüş təyyarələrinin bombardman etməsi səbəbindən hədəf alınan ərazilərə çatmaqda ciddi çətinliklərlə üzləşdiyi bildirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri