Icma.az
close
up
RU
​İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... Kimlər və nə qədər pul ala bilər?

​İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... Kimlər və nə qədər pul ala bilər?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Şübhəsiz ki, işini itirmək insanın həyatında sadəcə aylıq və ya gündəlik gəlirinin kəsilməsi ilə məhdudlaşan bir dəyişiklik deyil. Əmək haqqından məhrum olan şəxs bir anda gündəlik xərclərindən ailə büdcəsinə qədər bir çox məsələni yenidən nəzərdən keçirməli olur. Xüsusilə evin əsas gəliri həmin maaşdan formalaşırsa, işsiz qalmaq ailənin maddi vəziyyətinə birbaşa təsir edir.

Lakin qanunvericilikdə müəyyən hallarda işini itirən şəxsin tamamilə gəlirsiz qalmasının qarşısını almaq üçün mexanizmlər nəzərdə tutulub. Məsələn, işsizlikdən sığorta sistemi məhz bu məqsədə xidmət edir və müəyyən şərtlərə cavab verən şəxslərə işsiz qaldıqları müddətdə sığorta ödənişi almaq imkanı yaradır.Ancaq bu mexanizm bütün işsizlərə şamil olunmur. Ödənişin verilməsi işdən ayrılma səbəbindən tutmuş sığorta stajına qədər bir sıra meyarlardan asılıdır.

"AzPolitika" bir çoxlarının xəbərsiz olduğu bu mövzunu araşdırıb.

İşsiz kimi qeydiyyata necə düşmək olar? Dövlət tərəfindən hər hansı ödəniş nəzərdə tutulurmu? Əvvəlki maaşın nə qədəri kompensasiya edilir və bu pul neçə ay verilir?

Bu və bu kimi suallara cavab tapmağa çalışmışıq.

İşsizlikdən sığorta kimə şamil olunur?

Sistemin əsas prinsipi sadədir - əmək müqaviləsi ilə çalışan şəxslər üçün işsizlikdən sığorta haqları ödənilir və qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verdikdə həmin şəxsin sığorta ödənişi almaq hüququ yarana bilər. Hazırda işçinin əmək haqqından 0,5 faiz, işəgötürənin isə əmək haqqı fonduna hesablanmış vəsaitdən 0,5 faiz işsizlikdən sığorta haqqı ödənilir. Bu səbəbdən əmək fəaliyyətini rəsmiləşdirmədən çalışan şəxslə rəsmi əmək müqaviləsi olan şəxsin işsiz qaldıqdan sonra vəziyyəti eyni deyil. 

Qeyri-rəsmi əmək münasibətlərində sığorta sisteminə ödəniş aparılmadığı üçün həmin şəxs işsizlikdən sığorta ödənişinə də avtomatik hüquq qazanmır. Burada əməkhaqqının rəsmi hissəsi də əhəmiyyətlidir. Maaşın bir hissəsinin qeyri-rəsmi, yəni “zərfdə” verilməsi halında sığorta sistemi üzrə hesablamalar rəsmi şəkildə rəsmiləşdirilmiş gəlir əsasında aparılır.

İşdən hansı səbəblə çıxmağınız niyə vacibdir?

İşsizlikdən sığorta ödənişi ilə bağlı ən mühüm məqamlardan biri əmək müqaviləsinə xitamın əsasının nə olmasıdır. Müəssisənin ləğvi, işçilərin sayının və ya ştatların ixtisarı, əmək müqaviləsi müddətinin başa çatması, mülkiyyətçinin dəyişməsi və qanunda göstərilən digər hallarda işsiz kimi qeydiyyata alınan şəxsin sığorta ödənişi almaq hüququ yarana bilər. Amma işçinin öz ərizəsi ilə işdən çıxması bu siyahıdakı hallarla eyni deyil. 

Bu məqam işdən çıxmaq ərəfəsində olan şəxslər üçün xüsusilə əhəmiyyətlidir. İşəgötürənin “öz ərizəni yaz” təklifi adi prosedur kimi görünə bilər. Halbuki əmək müqaviləsinə xitamın əsası sonradan işsizlikdən sığorta ödənişi almaq hüququna təsir göstərə bilər. Ona görə işdən çıxmazdan əvvəl sənəddə hansı əsasın göstəriləcəyini dəqiqləşdirmək vacibdir.

Ödənişin məbləği necə müəyyənləşir?

İşsizlikdən sığorta ödənişinin hamı üçün eyni məbləğdə olması barədə təsəvvür doğru deyil. Ödənişin məbləği işdən çıxma səbəbi, sığorta stajı və əvvəlki əməkhaqqı nəzərə alınmaqla müəyyənləşdirilir. Məsələn, əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən azad olunan və son 36 təqvim ayı ərzində ən azı 24 ay sığorta stajı olan şəxsə 3 ay müddətinə minimum sığorta ödənişi təyin edilir. Bu ödəniş minimum aylıq əməkhaqqına bərabərdir. 2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. 

Digər hallarda, o cümlədən ixtisar və müəssisənin ləğvi zamanı müəyyən şərtlər daxilində əsas sığorta ödənişi şəxsin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi əsasında hesablanır. Bu ödəniş ilk dəfə təyin edildikdə 6 aya qədər davam edə bilər. İlk iki ayda hesablanmış məbləğin 100 faizi, üçüncü və dördüncü aylarda 80 faizi, beşinci və altıncı aylarda isə 70 faizi ödənilir. Bununla belə, ödəniş müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.

İşsiz qalan şəxs hara müraciət etməlidir?

Əmək müqaviləsinə xitam verildikdən sonra növbəti mərhələ işsiz kimi qeydiyyata alınmaqdır. Bu proses Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və DOST mərkəzləri vasitəsilə həyata keçirilə bilər. 

Müraciətə baxıldıqdan sonra şəxsin sığorta stajı, əmək fəaliyyəti və xitamın əsası araşdırılır. Qərarın qəbul edilməsi üçün müəyyən müddət də nəzərdə tutulub. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları müraciətə 10 gün ərzində baxaraq sığorta ödənişinin təyin edilməsi və ya bundan imtina edilməsi barədə qərar verir. Bu mərhələdə şəxsin elektron sistemdəki məlumatları da xüsusi əhəmiyyət daşıyır. Əmək müqaviləsinin xitamı sistemdə düzgün əks olunmayıbsa, sonrakı prosesdə problem yarana bilər.

Pul neçə ay veriləcək?

Burada da vahid müddət yoxdur. Müəssisənin ləğvi, ştat və ya işçi sayının ixtisarı, mülkiyyətçinin dəyişməsi və qanunda nəzərdə tutulan digər hallarda ilk müraciət zamanı sığorta ödənişi 6 ay müddətinə təyin edilə bilər. Təkrar müraciət zamanı isə bu müddət 3 ay ola bilər. Əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən azad edilən şəxslər üçün isə ödəniş 3 ay müddətinə təyin edilir.

Beləliklə, “işdən çıxdım və 6 ay ərzində dövlət mənə maaş verəcək” yanaşması doğru deyil. Həm ödənişin məbləği, həm də müddəti şəxsin konkret vəziyyətindən asılıdır.

Ödəniş hansı halda dayandırılır?

İşsizlikdən sığorta ödənişi alan şəxsin sonradan işə düzəlməsi onun statusunu dəyişir. Yeni əmək müqaviləsinin elektron sistemdə rəsmiləşdirilməsi ilə işsizlik statusu aradan qalxır və ödəniş dayandırılır. Bundan başqa, ödəniş müddətinin başa çatması da təbii olaraq ödənişin sona çatmasına səbəb olur. Şəxsin məşğulluq sistemi qarşısında müəyyən öhdəlikləri də var. 

Uyğun iş təkliflərindən əsassız imtina etmək, fərdi məşğulluq proqramının tələblərini yerinə yetirməmək və digər müəyyən edilmiş qaydaları pozmaq ödənişin dayandırılması ilə nəticələnə bilər. Bu səbəbdən işsiz kimi qeydiyyata düşən şəxsin yalnız alacağı məbləği deyil, üzərinə düşən öhdəlikləri də bilməsi lazımdır.

E. Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri