İştahsızlığın psixoloji səbəbləri açıqlandı
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İştahsızlığın təkcə fiziki deyil, psixoloji səbəbləri də ciddi şəkildə nəzərə alınmalıdır. Psixoloji gərginlik, depressiya və stress iştah itkisinə səbəb olan əsas faktorlardandır.
Pravda.az bildirir ki, uzunmüddətli stress və emosional dəyişikliklər dopamin səviyyəsini dəyişdirərək yemək istəyini azalda bilər. Bu hal, xüsusilə hamiləlik dövründə, hormonal dəyişikliklərlə birgə daha da güclü hiss oluna bilər.
İştahsızlıq zamanı ortaya çıxan əlamətlər arasında yorğunluq, halsızlıq, kilo itkisi, diqqət əskikliyi və gündəlik fəaliyyətlərə marağın azalması qeyd olunur. Uşaqlarda və böyüklərdə bu vəziyyətin psixoloji səbəblərlə əlaqəli olması tez-tez müşahidə edilir.
Mütəxəssislər bildirir ki, belə hallarda yalnız tibbi müalicə deyil, eyni zamanda psixoterapiya da zəruridir. Davranış terapiyası ilə psixoloji səbəblər aradan qaldırılaraq iştahın bərpası mümkündür.
Əminə Bayramova


