Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

İstanbul Qüllələri: Möcüzələri kəşf edin FOTOLAR

İstanbul Qüllələri: Möcüzələri kəşf edin FOTOLAR

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

İstanbul iki qitəni birləşdirən, turistlərin  unudulmaz bir səyahət keçirəcəyi möhtəşəm bir şəhərdir. Bu şəhər öz gözəlliyi və möhtəşəm aurası ilə turistləri heyran edir. Tarixi Yarımada və Qızıl Buynuz tərəfindən əhatələnmiş Bosfor boğazı, gündüz də, gecə də nəfəs kəsən mənzərələr  və şəhərin tarixi ilə zəngin unikal silueti ecazkar bir səyahət vəd edir. Bu siluetə xüsusi bir gözəllik qatan memarlıq nümunələri arasında möhtəşəm İstanbul qüllələri diqqət çəkir. Hər biri şəhərin fərqli bir nöqtəsində yerləşən bu qüllələr həm tarix, həm də memarlıq baxımından bənzərsizdir. Onlar təkcə gözəllikləri ilə yox, eyni zamanda yüzillərdən gələn sirli hekayələri ilə də ziyarətçiləri özünə cəlb edir. Gəlin, bu şəhərin ən ikonik qüllələrini birlikdə kəşf edək ki, növbəti İstanbul səfərinizdə onları ziyarət etməyi planınıza daxil edəsiniz.

Qız qalası: Boğazın səssiz şahidi

İstanbulun ən məşhur və ən çox ziyarət edilən abidələrindən biri olan Qız Qalası, Bosfor boğazının ortasında kiçik bir adadakı möhtəşəm yerləşimi ilə yaddaşlarda dərin iz buraxır. Əslində eramızdan əvvəl 5-ci əsrdə gömrük nəzarət məntəqəsi kimi inşa edilən bu qala zamanla keşikçi qülləsi, mayak və karantin məntəqəsi kimi istifadə edilmişdir. Yenidənqurma işlərindən sonra Qız Qalası 2023-cü ildə abidə və muzey olaraq yenidən fəaliyyətə başladı. İndi ziyarətçilər İstanbulun heyranedici mənzərəsini Qız Qalasının pəncərəsindən seyr edə bilərlər.

Qalata Qülləsində olduğu kimi, Qız Qalasını da cəlbedici edən yalnız memarlığı deyil, eyni zamanda onunla bağlı rəvayətlərdir. Əfsanəyə görə, bir kahin kralın qızının ilan sancmasından öləcəyini xəbər verir. Bu xəbərdən sonra kral qızını qorumaq üçün sahildən uzaqda bu qalanı tikdirir. Kral qızını qorumaq üçün bu qalaya yerləşdirir, amma tale işini görür. Bir meyvə səbətində qalanın içinə girən ilan qızı sancır və rəvayət bu faciə ilə bitir.

Başqa bir maraqlı rəvayət isə Qız Qalası ilə Qalata Qülləsinin bir-birinə olan sevgisindən bəhs edir. Bosforun iki sahilində yerləşən bu iki qüllə arasındakı məsafə, sevgilərinin birləşməsinə əbədi maneə yaradır. Bu rəvayətlər və Qız Qalasının tarixi, onu yalnız bir abidə deyil, həm də İstanbulun ruhunu daşıyan simvola çevirir.

Bəyazid Qülləsi: Yanğın müşahidə qülləsi

İstanbul Universitetinin əsas kampusunun yerləşdiyi Bəyazid Meydanında ucalan Bəyazid Qülləsi şəhərin tarixi abidələri arasında xüsusi yer tutur. Bu qüllə təkcə 360 dərəcəlik panoramik mənzərəsi ilə deyil, həm də maraqlı bir funksiyası ilə fərqlənir. Onun işıqlandırma sistemi hava şəraitini rənglərlə xəbər verir. Qırmızı rəng qar, mavi aydın hava, yaşıl yağış, sarı isə dumanlı havanı göstərir.

Bəyazid Qülləsi sadəcə bir müşahidə nöqtəsi deyil, həm də dərin köklərə malik bir tarixə sahibdir. Tarixi Yarımadada, məşhur abidələrə yaxın bir məkanda yerləşən bu qüllə, ilk dəfə Osmanlı Sultanı II Mahmudun əmri ilə taxta yanğın müşahidə qülləsi kimi tikilib. Şəhərin uzaq nöqtələrini görmək imkanı yaradan bu qüllə yanğınların erkən aşkarlanması üçün xidmət edib. Lakin özü də böyük bir İstanbul yanğını zamanı külə dönüb. Daha sonra, 1828-ci ildə onun yerində Osmanlı Barok üslubunda daş qüllə inşa olunub. Bu gün siz bu daş qülləni ziyarət edə və Kapalı Çarşıdan tutmuş Ayasofyaya qədər bir çox tarixi yerləri araşdıra bilərsiniz.

Çamlıca Qülləsi: Şəhərin ən yüksək və ən yeni simvolu

Şəhərin təbii zirvələrindən biri olan Kiçik Çamlıca Təpəsində yerləşən Çamlıca Qülləsi ən yeni qüllədir və eyni zamanda İstanbulun ən hündür quruluşu olmaqla yanaşı, Avropanın ən hündür qüllələrindən biridir. Televiziya və radio yayımları üçün praktik istifadəsi ilə yanaşı, 369 metr uzunluğundakı qüllə 360 dərəcə müşahidə göyərtəsi, restoran, çoxölçülü kinoteatr zalı və Mission Moon simulyasiya meydançasına malikdir. 49 mərtəbəsi ilə həftə boyu açıqdır. Anadolu yaxasından şəhərin mənzərələrini seyr etmək üçün Çamlıca Qülləsi ən çox ziyarət edilən yerdir. Siz həmçinin bu mənzərələr qarşısında türk mətbəxinin dadını çıxara və qüllədə müstəsna kino və simulyasiya təcrübəsini sınaya bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri