Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İstanbulda III Türk Dünyası Yay Forumu baş tutur

İstanbulda III Türk Dünyası Yay Forumu baş tutur

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


6–15 iyul 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə III Türk Dünyası Yay Forumu keçirilir. Forum Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Başqanlığının (YTB) tərəfdaşlığı ilə təşkil olunub.
Artıq ənənəvi beynəlxalq akademik platformaya çevrilən Türk Dünyası Yay Forumu bu il də geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi ilə diqqət çəkir. Forumda 26 ölkədən 150-yə yaxın alim, tədqiqatçı, ekspert, dövlət rəsmisi və siyasət üzrə mütəxəssis iştirak edir. Tədbir yalnız Türk dünyası ölkələrinin nümayəndələrini deyil, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və müxtəlif Avropa ölkələrindən olan alim və ekspertləri bir araya gətirərək Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, mədəniyyət və regional əməkdaşlıq məsələlərinin elmi müstəvidə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
Forumun açılış mərasimində İbn Haldun Universitetinin rəhbər heyəti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Prof. Yaşarı Sarı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuru Quliyev, tərəfdaş təşkilatların nümayəndələri, eləcə də müxtəlif ölkələrdən gəlmiş alim və ekspertlər iştirak ediblər. Açılış nitqlərində Türk dünyasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq elmi layihələrin təşviqi və gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Rəsmi açılış mərasimindən sonra forum öz işini panel iclasları və elmi müzakirələrlə davam etdirmişdir.

Forumda Azərbaycan Xəzər Univerasiteti, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti kimi qurumlardan olan tədqiqatçılar və iştirakçılar qismində təmsil olunub. Xəzər Universitetini isə “Füyuzat” jurnalında məqalələri nəşr edilən və MİMTA Yayımlarının müəlliflərindən biri dosent Orxan Vəliyev tərəfindən təmsil edilmişdir. Dosent Orxan Vəliyev forum çərçivəsində “Milli İnteqrativ Siyasət Kontekstində Cənubi Qafqazın Yenidən Dəyərləndirilməsi: Azərbaycan Nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın milli inteqrativ siyasət modeli nəzəri və praktik aspektlərdən təhlil olunmuş, postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional inteqrasiyanın perspektivləri, dövlətlərarası əməkdaşlığın inkişaf imkanları və Azərbaycanın bölgədə oynadığı strateji rol elmi yanaşma əsasında qiymətləndirilmişdir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, təqdimatdan sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və müxtəlif ölkələrdən olan tədqiqatçıların sualları cavablandırılıb.
Forum çərçivəsində iştirakçılar Türk Dövlətləri Təşkilatının İstanbul şəhərində yerləşən qərargahını da ziyarət ediblər. Ziyarət zamanı təşkilatın Baş katibinin müavini Nuru Quliyev və Orhun Mübadilə Proqramı üzrə ali təhsil məsələləri üzrə məsləhətçi Dr. Zebiniso Kamal ilə görüş keçirilib. Görüş zamanı Türk Dövlətləri Təşkilatının ali təhsil sahəsində həyata keçirdiyi əməkdaşlıq proqramları, akademik mobilliyin genişləndirilməsi, universitetlər arasında ortaq layihələrin inkişaf etdirilməsi və Türk dünyasında elmi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Forumun proqramı çərçivəsində SOCAR Türkiyənin Baş icraçı direktoru (CEO) Elçin İbadov da çıxış edərək Türk dünyasında enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat vermişdir. Qeyd olunmuşdur ki, İbn Haldun Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi məhz SOCAR Türkiyənin dəstəyi ilə yaradılmış və hazırda Türk dünyasına dair elmi tədqiqatların aparılması, beynəlxalq akademik əməkdaşlığın inkişaf etdirilməsi və ortaq elmi platformaların formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərir.
III Türk Dünyası Yay Forumu Türk dövlətləri arasında elmi əməkdaşlığın dərinləşdirilməsi, ortaq akademik şəbəkələrin genişləndirilməsi və akademik dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xəzər Universitetinin bu nüfuzlu beynəlxalq tədbirdə fəal şəkildə təmsil olunması universitetin beynəlmiləlləşmə strategiyasına, eləcə də Türk dünyasının aparıcı ali təhsil və tədqiqat institutları ilə əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri