İstanbulda Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda formalaşan geosiyasi vəziyyətlə bağlı konfrans keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbul, 23 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda “Qarabağ Qələbəsindən sonra Azərbaycan–Türkiyə strateji əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa töhfə verməyi hədəfləyən tədbir Türk Ədəbiyyatı Vəqfinin (TEDEV ) ev sahibliyi ilə "Karabakh is Azerbaijan" Milli Platforması və onun tərkibində fəaliyyət göstərən Qarabağ Azərbaycandır Koordinasiya Etmə Dərnəyi tərəfindən təşkil edilib.
Xüsusilə son illərdə Türk dünyasında artan birlik, həmrəylik və ortaq strateji baxışı əks etdirən konfransda Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda formalaşan yeni güc balansı, regional strateji dəyişikliklər, Azərbaycan–Türkiyə əməkdaşlığı, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti və Zəngəzur Dəhlizinin əhəmiyyəti ətraflı müzakirə olunub.
Konfransda açılış nitqini edən "Karabakh is Azerbaijan" Milli Platformasının Türkiyə üzrə baş əlaqələndiricisi Elvin Abdurahmanlı Qarabağ Zəfərinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyinə çevrildiyini vurğulayıb.
Platformanın fəaliyyət istiqaməti barədə danışan E.Abdurahmanlı bunun Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycan–Türkiyə qardaşlığını daha da möhkəmləndirilməsinə tövhə vermək olduğunu bildirib.
TEDEV-in sədri Serhat Kabaklı çıxışında mədəni bağların siyasi-strateji əməkdaşlığın əsasını təşkil etdiyini bildirib.
Tədbir panel iclasla davam etdirilib.
Paneldə Elvin Abdurahmanlının “Zəngəzur, TDT və regional diplomatiya” və Caner Karakuşun “Təhlükəsizlik arxitekturası, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı və Orta Dəhlizin geosiyasi çəkisi” mövzularında məruzələri dinlənilib.
Sonra Geostrateji və Diplomatik Araşdırmalar Mərkəzinin (JEDAM) açılışı olub.
JEDAM Nəzarət Şurasının sədri İrem Sena Erkuş qurum barədə məlumat verərək əsas prioritetlərinin gənc tədqiqatçılar üçün intellektual platforma yaratmaq, strateji düşüncəni inkişaf etdirmək və Azərbaycan–Türkiyə münasibətlərinə elmi dəstək vermək olacağını deyib.
Proqramın sonunda iştirakçılara plaketlər təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 24 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















