Icma.az
close
up
RU
“İstəyər, komandaya lap Balaəlini gətirər, bizə nə?” Deputatdan “Qarabağ”ı tənqid edənlərə cavab

“İstəyər, komandaya lap Balaəlini gətirər, bizə nə?” Deputatdan “Qarabağ”ı tənqid edənlərə cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Qarabağ”ı növbəti mərhələyə aparan qələbə mənə bir anlıq yaxın keçmişi xatırlatdı.

Ələlxüsus, bu klubu ciddi şəkildə tənqid edənləri.

Hansı ki, 2-3 məğlubiyyətə, periodik uğursuzluğa dözməyib, gərəksiz şeylər söyləmişdilər.

Onda jurnalist Xalid Kazımlı gözəl bir köşə yazmışdı. Adı da səhv etmirəmsə belə idi: “Biz ancaq uğurun, qələbənin azarkeşiyik”. Yəni, kimsə uduzdumu, yıxıldımı, “düşdümü”, artıq bizlik deyil.

Və buyurun, cənablar!

Yenə meydanda həmin “Qarabağ”dır. Üzərinə getdiyiniz “Qarabağ”...

Xariqələr yaradır. Minimum büdcə ilə. Daha dəqiq desəm, bir oyunçusu “Qarabağ”ın ümumi büdcəsindən 2 dəfə yarım bahalı olan “Fənərbaxça”, digərləri qalır kənarda, amma bizim doğma klub bütün baryerləri aşaraq əsas mərhələyə adlayır.

Hə, bilirəm, bu dəmdə deyəcəksiniz, orasını başa düşdük e, amma yenə də...məsələn, Şahruddini yenidən kluba qaytarmağa, ona maaş verməyə ehtiyac vardımı? Qoşulacam, qatılacam sizə ki – Yox!

Amma mənim əzizlərim, məsələ burasındadır, həmin maaş nə mənim əməkhaqqımdan çıxır, nə kiminsə pensiyasından, nə də başqa birinin ailə cüzdanından.

Pul Tahir Gözəlin, kef Tahir Gözəlin, qərar Tahir Gözəlin. Ürəyi istəyər, lap Balaəlini gətirər komandaya. Bizə nə?!

Qələbə qazanırmı? – Qazanır. Hamıdan öndədirmi? – Öndədir. Vəssalam da...

Baxın, o gün stadiondan necə xoşbəxt çıxdıq...

Həmin an yadımıza düşdümü, hansısa problem, qüsur, əskiklik? Xeyr! Bilirsinizmi niyə? – Çünki biz eynən Xalid bəyin söylədiyi kimi, uğur aludəçisiyik, uğur düşkünüyük, uğur heyranıyıq. Özü də yalnız futbolda, idmanda yox ha, bir çox şeylərdə.

Azca uğursuzlaşdınsa, vəzifəsizləşdinsə, statussuzlaşdınsa, pulsuzlaşdınsa, eksləşdinsə...bütün sadaladıqlarım qalacaq kənarda, səni məhz yersiz qınaqlar öldürəcək. Qınaqlar və biganəlik.

“Qarabağ” o qədər böyük addır ki, hər şeyi qoyuram bir yana, elə ancaq bu ada xatir, onun üzərinə əsla və əsla qəzəblə, hiddətlə yürümək olmaz!

“Qarabağ” bizə ən lazımlı məqamlarda (minimum resursu ilə) elə xoşbəxtliklər bəxş edib ki, o yaşantıları əsla və əsla gözardı etmək, unutmaq olmaz!

Ayrıca;

Siz bilirdinizmi ki, Azərbaycanın əzəli torpaqları işğal altında ikən, nə qədər qeyrətli oğullarımız xaricdə həmin adla idman klubları (futbol, voleybol və s) yaratmaq istəyib, amma buna imkan verilməyib, yüz cür əngəllər, maneələr törədilib?

Üstəlik, heç bir tutarlı səbəb göstərilmədən....

Hərçənd “niyə”si hər birimizə daim, gün kimi aydın olub və onu da gözəl anlamışıq ki, bu adın qorxutduğu, qıcıqlandırdığı, bağrını çatlatdığı çevrələrin əhatə dairəsi yetərincə genişdir.

Və indi... siz, bir anlıq təsəvvür edin, illər öncə doğma klubumuz Avropada fırtınalar qopararkən, 8 il əvvəl Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarkən həmin məkrli dairələr dərdin, kədərin, kompleksin hansı dərinliyində çabalayıblar...

Sarsılıblar, darmadağın olublar, yanıb-tökülüblər!

Odur ki, əziz dostlar!

Sözümün mustafası budur: “Qarabağ”ın milli mövzularda o qədər xidməti, biz azarkeşlərin üzərində o qədər haqqı var ki, bundan sonra neyləsək də, hətta gedib oyundan 1 gün öncə stadionda yatsaq da, həmin borcu hələ uzun müddət ödəyib qurtara bilməyəcəyik.

Lütfən, dəstək olaq, “Qarabağ”a...

Amma bir tək udanda yox, uduzanda da. Bacarmayanda da. Gücü çatmayanda da...

Niyə bunu xüsusi vurğulayıram?! Çünki əminəm: “Liverpul”la, “Ayaks”la, “Çelsi” ilə oyunların hansısa birindən sonra kimlərinsə içində uzun müddət yatıb qalan “futbol əjdahası” mütləq oyanacaq, bəzi hərşeyşünasların daxilində “lobanovskilik” baş qaldıracaq və yenə sıralayacaqlar məsləhətlərini, ard-arda...

Heç nə tapmayanda da Şahruddin var. Allah ona dəyməsin.

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Avqust 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri