Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

İstirahət bizi niyə və necə yorur? Günel Musa yazır

İstirahət bizi niyə və necə yorur? Günel Musa yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Günel MUSA

Bu yaxınlarda sosial platformada qarşıma ironik bir video çıxdı. Şirin ləhcəli bölgələrimizin birində yaşayan sadə kənd sakini telefonla danışır və danışdığı insanı yay tətilini İtaliyada keçirdiyinə inandırmağa çalışır. Bunun daha inandırıcı olması üçün də sosial şəbəkələrdə paylaşılan tətil atmosferini canlandırmaq üçün hamam vannasının içində oturub. Önündə meyvə boşqabı, əlində də çətirli içki qədəhi ilə "selfi" edir. Bu qısa videoda günümüzün reallığı o qədər ustalıqla verilib ki, bəlkə də ölkənin bütün peşəkar ssenaristləri, rejissorları, aktyorları yığışsalar, o dərin mətləbi bu qədər açıq şəkildə çatdıra bilməzdilər.

Həmin videonu izləyəndə mənim də yadıma 90-cı illərdən bir uşaqlıq xatirəm düşdü. Yaşadığımız məhəllədə Nərgiz adlı qız var idi. Hər il yay tətilində bütün məhəllə uşaqları inanırdıq ki, Nərgiz tətili Hollivudda keçirir. Hər il iyunun ortasında hamımız toplanıb Nərgizi Hollivuda "yola salırdıq". Atasının "Volqa"sı blokun qarşısında dayanır, Nərgiz də yaşına uyğun olmayan əda ilə keçib maşının ön oturacağında əyləşir, pəncərədən bizə əl edirdi. Biz də iki ay Nərgizin Hollivuddan "qayıdıb, orda gördüklərindən, yediklərindən" danışmasını səbirsizliklə gözləyirdik. "Love is" saqqızları o zaman hələ çox yayılmamışdı. Məhəllə mağazalarına da ayaq açmadığı, biz də məhəllədən kənar bir dünya ilə çox iç-içə olmadığımız üçün Nərgizin atasının şəhərdən alıb gətirdiyi "Love is" saqqızlarından çıxan şəkilləri Hollivud xatirəsi olaraq saxlayırdıq. Xeyli sonra Nərgizin bu yalanının üstü açıldı və bildik ki, o, Hollivuda yox, nənəsigilin Buzovnada yerləşən bağına gedirmiş. Axmaq yerinə qoyulduğumuz üçün bərk məyus olmuşduq. Amma Nərgizin atasının imkanı var idi, istəsəydi, həqiqətən, Hollivuda apara bilərdi qızını. Ancaq o vaxt istirahət üçün xarici ölkələrə üz tutmaq Buzovnada, Pirşağıda, kənddə-kəsəkdə istirahət etmək qədər zövq vermirdi insanlara. Çünki keçmişdə tətil bir az dəniz, bir az sərinlik, bir az da baş sakitliyi idi. Ancaq indi tətilin ləzzəti də, mənası da dəyişib. Artıq tətilə təkcə getməklə kifayətləndiyimiz bir yer deyil, göstərilən, paylaşılan, hətta bəzən "uydurma" bir məzmun yüklənib ona. Sosial şəbəkələrə bir az göz gəzdirəndə yay aylarında eyni məzmunlu paylaşımlarla qarşılaşırıq. Tətilin özü qədər başlanğıcı da məzmun məhsuluna çevirilir. Əvvəlcə hava limanında təkərli çemodan şəkili, ardından iki təyyarə bileti, "#summervibes" etiketi ilə "Uçduq" şərhi. Arxasınca da təyyarədən bulud mənzərəsi. Tətil, hələ otelə çatmamış, sosial mediada başlayır. Sonrasını da hamımız əzbər bilirik. Kimisi bir otel otağının eyvanında, kimisi hovuz başında əlində rəngli içkisi ilə, dəniz kənarında qum üzərində işıldayan ayaqlarının hovuz başında oxumadığı bir kitabla, yanında da günəş kreminin olduğu fotolar. Fotoların üstündə isə dərin mənalı sözlər: "Səssizlik, hüzur və dəniz..." Halbuki o paylaşımı edə bilmək üçün, Allah bilir, neçə dəfə poz verib, "hüzur" kəlməsinə gəlib çatana qədər neçə dəfə ayaqlarının yerini dəyişib. Günəşi kadra sala bilmək üçün istidə nə qədər tər töküb. Adam bunları düşünəndə istər-istəməz deyir: "Allah kəssin belə istirahəti!" Bilinmir ki, insanlar tətilə gedirlər, yoxsa sadəcə tətildə imiş kimi davranırlar?!

Artıq tətil üçün nəzərdə tutulan yerin təbiəti, tarixi, mədəniyyəti deyil, şəkildə necə düşəcəyi əhəmiyyətlidir. Buna görə də tətil üçün çətirli oturacaqlarla dənizin birləşdiyi "mavi sonsuzluğa" üstünlük verilir.

Halbuki əsl istirahət paylaşılmayan anlarda gizlidir. Səssiz bir məkanda kitab oxuyarkən günəşin vücuduna dəydiyi o anlarda...

Telefonu əlimizdən yerə qoyub sadəcə ordayıq deyə xoşbəxt olduğumuz o anlarda. İşin gülməli tərəfi budur ki, bütün bu tətil "məzmunları" əslində bizi daha çox yorur. Getdiyimiz yerdə tam mənası ilə istirahət edə bilmirik, çünki bir tərəfdən də "məzmun" hazırlamağa çalışırıq: "Bu kadrı qaçırmayaq, bu şəkili də hekayə bölməsinə atım" deyə-deyə özümüzlə baş-başa qala bilmirik. Nəticədə tətil bitir, amma biz heç dincəlmədən geri qayıdırıq. Qazancımız isə bir neçə "like" və "paxıllığım tutdu", "xoş istirahətlər" mesajları.

Müasir dünyada tətil də bir növ PR işi hesab olunur. Məqsəd bəzən, dincəlməkdən çox, "mən də orda idim" mesajı ötürməkdir. Çünki artıq istirahət vizual bir kimlik xəbərdarlığıdır. Anladığınız kimi, yay ayları təkcə isti havanın yox, həm də müqayisələrin, bəhsin fəslidir. Səhər tezdən, gözümüzü açan kimi, telefonumuza sarılırıq. Sabah süfrəsinə oturmadan barmaqlarımız ekranın üzərində aşağı-yuxarı sürüşür. Yarıyuxulu başqalarının həyatına baxırıq. Tətili kim harada keçirir? Kim nə geyinib? Kim harada, hansı dənizdə çimir?.. Elə həmin andan həyatımızda müqayisələr başlayır. Sosial mediada barmaqlarımız aşağı-yuxarı sürüşərkən qeyri-ixtiyari: "Mən niyə onlar kimi istirahət edə bilmirəm?" - pıçıldayırıq. Bir yandan Bodrumun, Antalyanın bahalı otellərdə səhər yeməyi yeyənlər, bir yanda Maldiv adalarında günəşlənənlər, digər yanda yunan adalarında günəşin batmasını seyr edənlər... Hamı istirahətdə, hamı xoşbəxtdir... Ən azından elə görünürlər. Sosial platformalarda qarşımıza çıxan bu parıltılı tətil görüntüləri bir nöqtədən sonra ölçü vahidinə çevrilir. Hansı bahalı oteldə qaldın? Neçə günlük getdin? Ölkə daxilində, yoxsa xaricdə istirahət etdin? Yəni tətil artıq dincəlməyin yox, bir növ sosial təbəqələşmənin bəyannaməsi olub.

Bu cür paylaşımlar, təəssüflər olsun ki, bir yerdən sonra insanlarda "niyə mən yox, başqaları?" hissini, düşüncəsini bəsləyir. Müqayisəçilik insan təbiətinə xas göstəricidir. Amma bu cür müqayisələr mütəmadi və görünməz olduğu zaman hiss etdirmədən içimizi gəmirməyə başlayır. Başqalarının tətili, gəliri bizim özgüvənimizi azaldır, rahatlığımızı pozur və özümüzə hörmətimizi yox edir. Beləliklə, tükənməyə başlayırıq. "O belə ola bilir, mən niyə olmayım?" Bu sual özümüz də hiss etmədən şüurumuza yerləşir və nəticədə, nə qədər çox müqayisə ediriksə, bir o qədər də öz həyatımızdan uzaqlaşmış oluruq. Çünki başqasının həyatını izləmək asandır, amma öz həyatının reallığını yaşamaq cəsarət tələb edir.

Bu cür müqayisələr tətilin əsas məqsədini də aradan qaldırmış olur. Onları izləyən insanların çoxu özünü istər-istəməz natamam, əskik, hətta uğursuz hiss edir. Sanki tətilə getmək uğurun ölçüsü kimi təqdim olunur. Amma heç kim ekranın digər tərəfində o gözqamaşdıran tətilin kredit kartı borclarını və statuslarda paylaşılmayan gərginlikləri görmür. Çünki sosial media reallığı deyil, uydurmanı önə çıxarır. Bir "influncer" kimi yaşamaq istəyən milyonlarla insan əslində onların həyatlarının vitrini ilə yarışır. Bu yarışda isə heç kim qazanmır, əksinə, hamı daha çox yorulur. Özümüzü dayanmadan başqaları ilə müqayisə etdikcə istirahət artıq bir ehtiyac deyil, natamamalıq hissini aradan qaldırmaq vasitəsi olur. Bu cür tətillər, fiziki olaraq dənizin üzündə olanları da, şüurən bizi dibə çəkir.

Bəs biz əslində nə etməliyik? Əvvəlcə özümüzə bu sualı verməliyik ki, tətildə əsl ehtiyacımız olan nədir: "bəyənilmək", yoxsa istirahət?

Hər kəsin istirahət üçün imkanları, tətil planı, xəyalı fərqlidir. Biri istirahət üçün xaricə gedər, başqası öz doğma kəndinə, rayonuna üz tutar. Amma bunlar sosial təbəqələşmə yaratmamalıdır. Anlamalıyıq ki, istirahət bir yarış deyil. Həqiqi istirahət beyninin içindəki küyü susdura bildiyin yerdə başlayır və bəzən bu kameranı söndürüb, ekranı bağlayıb sadəcə günəşə baxmaq qədər sadədir.

lll

Son illər Azərbaycanda əksər insanlar daxili turizmdən yararlanmaq istəmir. Əlinə 3-5 manat pul düşən istirahət üçün xaricə üz tutur. Yayın bu cırhacırında mən də oturub bu suala cavab axtarmışam: Niyə son vaxtlarda azərbaycanlılar tətil üçün ölkəmizin dilbər guşələrinə deyil, Türkiyəyə, Gürcüstana, Avropa ölkələrinə üstünlük verirlər?

Tez-tez  dilə gətirilən "Azərbaycanda istirahət etmək baha başa gəlir, xarici ölkədə yarı qiymətə dincələrəm" fikri də danılmaz reallıqdır. Gülməli olsa da, həqiqətən Avropa ölkələrində, məsələn, Yunanıstan adalarında, İtaliyanın kiçik şəhər və qəsəbələrində, İspaniyanın bəzi tətil kəndlərində istirahət etmək Azərbaycanın turizm bölgələrində istirahət etməkdən daha ucuz başa gəlir. Bir həftə Qəbələdə, İsmayıllıda, Şuşada qalmaq haradasa İtaliyada şəhər-şəhər gəzməklə eyni büdcəni tələb edir.

Amma məncə, bu vəziyyətin səbəbləri arasında daha əhəmiyyətli bəlkə də ən əhəmiyyətli bir səbəb var. Xoşbəxtlik...

Azərbaycan rəsmi xoşbəxtlik indekslərində getdikcə aşağı səviyyəyə düşür. Bədbinlik, küçələrə, evlərə, iş yerlərinə, hətta tətil mərkəzlərinə sıçrayıb. İnsanlar bir-birilərinə qarşı səbirsiz, hirslidirlər. Normal olaraq da tətilə gedən insan yanında qumluğa uzanan adamın mısmırıq sallamasından, mərkəzlərdəki tətil personalının bədbinliyindən motivasiyasızlığından, yolda gedərkən tıxacdakı xaosdan qaçmaq istəyir. Bu günlərdə Bakı ətrafında dənizə getmişdim. Yarım saat taksi sürücüsünün, yarım saat da kabab bişirənin giley-güzarını dinlədikdən sonra olan enerjim də bitdi. Amma yunan adalarında, Maldivdə, Bodrumda, Avropanın hər hansı bir sahil qəsəbəsində bu mənzərə ilə qarşılaşmaq ehtimalı olmur. Orada həyatın ləzzətini hiss edən, gülümsəyən, xoşbəxt olmağı bacaran, bir-birinin şortikinə, bikinisinə kəm baxmayan insanlar var. Məsələn, heç kim heç kimin gülüşünü müzakirə etmir, bir-birinin istirahət sahəsini daraltmır. Ən əsası, hesab ödəyərkən: "Görəsən, qaz yerinə qoyuldummu?"qayğısı olmur. İnsanlarımız xaricə getdikləri zaman təkcə dincəlmirlər, gülməyi, əylənməyi, hörmət görməyi və ən əsası da adi etiket-nəzakət qaydalarını xatırlayırlar. Çünki məmləkətimizdə bunlar çoxdan unudulub. Burada bədbəxtlik yoluxucudur, istirahət başdan-ayağa stresdir. Bir həftə Nabranda dəniz kənarında istirahət etmək Balkanlarda beş günlük turdan bahalıdır. Öz ölkəmizdə tətilə çıxmaq həm bahalıdır, həm də stresli. Ödənişli çimərliklər əl yandırır, ödənişsizlərdə insanlar burun-buruna. Üstünə keyfiyyətsiz xidməti əlavə edincə "bu pulla niyə başqa ölkəyə getməyim?" düşüncəsinə varmaq qaçılmaz olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see225

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see211

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see209

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see194

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see166

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see158

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see150

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see145

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see144

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see144

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see143

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see136

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see135

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see133

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see132

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see130

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see128

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri