Icma.az
close
up
RU
İsveçə narkotik axını tarixi maksimuma çatıb

İsveçə narkotik axını tarixi maksimuma çatıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Stokholm, 6 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Gömrük Xidməti 2025-ci ildə ümumilikdə rekord həcmdə — 10,5 ton narkotik vasitə müsadirə edib. Bu göstərici indiyədək qeydə alınan ən yüksək nəticə olmaqla yanaşı, əvvəlki ilin rəqəmlərini də xeyli üstələyir. Qurum rəhbərliyinin bildirdiyinə görə, ölkə qaçaqmalçıların güclü təzyiqi altındadır.

AZƏRTAC xəbər verir ki, müsadirələrin əsas hissəsini kokain, amfetamin və heroin kimi ağır narkotik vasitələr təşkil edir. Ən iri fakt Helsinqborq şəhərində qeydə alınıb. Belə ki, Ekvadordan gətirilmiş meyvə yüklü konteynerdə üç tondan artıq kokain aşkar edilib. Kokain axınının artması tələbatın yüksəlməsi və Cənubi Amerikada istehsalın təxminən beş dəfə artması ilə əlaqələndirilir. Qeyd olunur ki, narkotik vasitələr əsasən qanuni yüklər adı altında daşınır.

Heroin müsadirəsi də kəskin artaraq rekord səviyyəyə çatıb və 134 kiloqram təşkil edib. Müqayisə üçün bildirilib ki, ötən il bu göstərici cəmi 3 kiloqram olub. Artım bir neçə iri əməliyyatın aparılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə izah edilir. Qaçaqmalçılığın Balkan və Afrika mənşəli cinayət qruplaşmalarının iştirak etdiyi mütəşəkkil şəbəkələr vasitəsilə həyata keçirildiyi vurğulanır.

Gömrük Xidmətindən bildirilib ki, 5–6 il əvvəl qeydə alınan müsadirələrlə müqayisədə hazırkı vəziyyət tamamilə fərqlidir. Qurumun açıqlamasına görə, cari ildə narkotik axınının azalacağına dair heç bir əlamət müşahidə olunmur.

Eyni zamanda, xidmət mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni gücləndirib və bu cinayətlərlə əlaqədar saxlanılan şəxslərin sayını artırıb. Bununla belə, silah qaçaqmalçılığına qarşı mübarizədə zəif nəticələrin əldə edildiyi də etiraf olunur.

Qurumdan bildirilib ki, ötən il 44 min ədəd partlayıcı vasitənin ölkəyə qanunsuz girişinin qarşısı alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur. Buna baxmayaraq, cəmi 20 ədəd odlu silah aşkar edilib və bir dənə də olsun əl qumbarası tapılmayıb. Gömrük Xidmətindən qeyd ediblər: “Bu nəticə bizi qane etmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri