İsveçli bombardir üçün daha bir müştəri
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Viktor Dyökereş uğrunda mübarizəyə daha bir top-klub qoşulub.
“Sportinq”in hücumçusuna “Arsenal” da iddia edir. “The Athletic”in yazdığına görə, London klubu 26 yaşlı isveçli futbolçunu yayda transfer edə bilər.
Deyilənə görə, Viktor “Arsenal”ın yeni idman direktoru Andrea Bertanın pərəstişkarıdı. Amma bu da var ki, “Arsenal” Dyökereşin keçidi üçün “Real”, “Mançester Yunayted” və “Mançester Siti” kimi nəhəng klublarla mübarizə aparmalı olacaq.
Futbolçu “Sportinq”də 2023-cü ilin yayından oynayır. O, bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 42 qol vurub və 11 məhsuldar ötürmə edib.

