İtaliya səfiri Makron barədə sözlərə görə Fransa XİN ə çağırıldı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Fransadakı səfiri Emanuela Alessandro respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az bu barədə "Franceinfo" radiostansiyasına istinadla xəbər verir.
Bildirilib ki, səfir İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvininin Fransa prezidenti Emmanuel Makron barədə dediyi sözlər səbəbindən XİN-ə çağırılıb.
Belə ki, Salvini Makron və Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə yaradılmış "İstəklilər koalisiyası" çərçivəsində İtaliyanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olub-olmaması haqqında danışarkən bu imkanı qəti surətdə rədd edib:
"Əgər Makron bunu istəyirsə, qoy özü ora getsin. Dəbilqəni geyin, tüfəngi götür və özün Ukraynaya get".
Fransa XİN bu bəyanatları qəbuledilməz sayıb və səfirlə söhbətdə bildirilib ki, sözügedən bəyanatlar Paris və Roma arasında etimadlı və tarixi münasibətlər mühitinə uyğun gəlmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















