Icma.az
close
up
RU
İtaliyada FAO nun 44 cü sessiyası öz işinə başlayıb FOTO

İtaliyada FAO nun 44 cü sessiyası öz işinə başlayıb FOTO

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Nazir Məcnun Məmmədov sessiyada “Ərzaq təhlükəsizliyi üçün innovasiyaların təşviqi” mövzusunda çıxış edib

"Unikal" xəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 44-cü sessiyası öz işinə başlayıb. Sessiyaya 90-dan çox ölkənin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. İyulun 4-dək davam edəcək tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.
FAO-nun 44-cü sessiyasının açılış mərasimində çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu bildirib ki, artan çağırışlar fonunda innovasiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının transformasiyası mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, aqrar sahədə dayanıqlı inkişaf və məhsuldarlığın artırılması iqlimə uyğun ağıllı və rəqəmsal kənd təsərrüfatının qurulmasını labüd edir. 
FAO-nun 44-cü sessiyası çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi üçün innovasiyaların təşviqi” mövzusunda plenar iclasda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan hökumətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirdiyi tədbirlərdən söz açıb. O qeyd edib ki, Azərbaycan sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları və strategiyaları Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdıran ilk ölkələrdəndir. Həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı aqro-ərzaq sisteminin formalaşdırılması, milli qida sistemlərimizin transformasiyasında nəzərəçarpacaq irəliləyiş əldə olunub. 
Qlobal iqlim dəyişikliyinin bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsal prosesinə təsir etdiyini deyən nazir Məcnun Məmmədov ölkəmizdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb: “Bugünkü aqroərzaq sistemləri getdikcə daha təkmilləşən qlobal tələblərə cavab vermək üçün texnologiyanın daha dəqiq və səmərəli istifadəsi ilə uyğunlaşmalıdır. Bununla belə, birgə fəaliyyət və səylər torpaq və su ehtiyatlarının səmərəli planlaşdırılması və düzgün idarə edilməsi ilə tamamlanmalıdır”.  
Nazir Məcnun Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. 
Rəqəmsallaşdırılmış, innovasiyaya əsaslanan kənd təsərrüfatının iqlimə uyğunlaşma və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında mühüm rol oynadığını deyən nazir Məcnun Məmmədov Azərbaycan hökumətinin iqlimə davamlı aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayə yatırdığını diqqətə çatdırıb. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşma və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş fəaliyyəti stimullaşdırır. Bununla yanaşı, Azərbaycan hökuməti işğaldan azad edilmiş və yaşıl enerji zonaları elan edilmiş əraziləri “ağıllı şəhərlər” və “ağıllı kəndlər” konsepsiyalarına uyğun olaraq yenidən qurur, iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu ərazilərin inkişafının tərkib hissəsini təşkil edir. 
Nazir Məcnun Məmmədov transformasiya yolu ilə davamlı aqro-ərzaq sistemlərinin quruluması üçün qlobal əməkdaşlığın vacib olduğunu, Azərbaycanın bu istiqamətdə qlobal səyləri dəstəklədiyini və müvafiq çoxtərəfli platformalar vasitəsilə fəal əməkdaşlığa hazır olduğunu bəyan edib. 
Tədbirdə çıxış edən natiqlər aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatında məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, keyfiyyətli məhsul istehsalı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz fikirlərini bölüşüblər. 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 İyun 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri