İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib.
O, ötən gün doğma kəndində dəfn edilib.
Qeyd edək ki, İlkin Bayramov Vətən müharibəsində iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda xidmət göstərib. O, 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı baş vermiş mina partlayışı nəticəsində ağır xəsarət alıb. 12 gün komada qalan İlkin aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
Baxış sayı:81
Bu xəbər 13 Oktyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















