Icma.az
close
up
RU
“İxtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin” − DİM sədri

“İxtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin” − DİM sədri

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.
O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir.
“Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.
Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır. Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin”, - o əlavə edib.
“İxtisas seçiminə başlamazdan əvvəl isə özünüzə bu 5 sualı verin:
-Mən əslində nə istəyirəm?
-Nəticəm mənə hansı seçimləri etməyə imkan verir?
-Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?
-Seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?
-Əsas seçimim baş tutmasa, alternativim nədir?
Sizə ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını sizinlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi sadəcə “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Burada abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.
Bir vacib məqama da xüsusi diqqət çəkmək istəyirəm.
Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə “keçid balları ilə bağlı məndə xüsusi məlumat var”, “nəticəni əvvəlcədən bilirəm” və ya buna bənzər vədlər verirsə, buna inanmayın.
Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır. Heç kimin əlində digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur.
Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması da bu xidmətə olan ehtiyacı göstərir.
İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin.
Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz”, - DİM sədri vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Avqust 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri