Jalə Əhmədovaya yüksək vəzifə verildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.
AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Jalə Əhmədovaya yüksək vəzifə verildi
03 Dekabr 2024 16:38

