Jesus hansı liqanı seçəcək? Türkiyə, yoxsa İtaliya?
Icma.az bildirir, Fanat portalına istinadən.
"Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jesus İtaliya A Seriyasında oynamağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazetta dello Sport" yayıb.
Məlumata görə, forvard bu yay "Napoli"yə keçə bilər.
Qeyd edək ki, futbolçunun "Arsenal"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
"Mavi-ağlar" İngiltərə təmsilçisinə brazilyalı oyunçu üçün rəsmi təklif göndərməzdən əvvəl Romelu Lukaku və Noah Lanqdan birini satmağı planlaşdırır.
Jesusa gəldikdə isə, o, İtaliyaya köçmək fikrinə müsbət yanaşır və mümkün variantlar arasında İtaliya A Seriyasını ilk sıraya qoyub.
"Napoli" ilə ilkin təmaslar ötən ilin iyun ayının əvvəllərinə təsadüf edir.
Hücumçu daha öncə Türkiyə klublarının da hədəfində olub.
“Transfermarkt” portalı Qabrielin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.
Qeyd edək ki, forvard ötən mövsüm İngiltərə təmsilçisinin heyətində 27 matça çıxaraq, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Avqust 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















