Icma.az
close
up
RU
Jurnalistika fakültəsində Qənirə Paşayeva adına mükafatın təqdimat mərasimi keçirilib FOTOLAR

Jurnalistika fakültəsində Qənirə Paşayeva adına mükafatın təqdimat mərasimi keçirilib FOTOLAR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimat mərasimi keçirilib. Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbirdə "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq"ə qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun professoru, filologiya elmləri doktoru Cahangir Məmmədli, Jurnalistika Fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev, dekan müavini Sevinc Əliyeva, Qənirə Paşayevanın Türkiyədə yaşayan bacısı Kəmalə Paşayeva, "Zəfər" Liseyinin icraçı direktoru Tural Abasquliyev, Əməkdar artist Nuriyyə Hüseynova, "Addım-addım Türkiyə Qənirə Paşayeva ilə" filminin rejissoru Elnurə Kazımova və tələbələr iştirak ediblər. 


Tədbir iştirakçılarını salamlayan "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin başqanı Akif Aşırlı vurğulayıb ki, Qənirə Paşayevanın həyatı, fəaliyyəti, Türk Dünyasının birliyi üçün mücadiləsi, Vətən sevgisi gənclər üçün əsl örnəkdir. A.Aşırlı qeyd edib ki, Qənirə Paşayevanın Türk Dünyasının birliyi üçün gördüyü mühüm işlər, fədakarlığı, milli mətbuatımızın inkişafında oynadığı rolu və 1918-1920-ci ildə fəaliyyət göstərmiş Azərbaycan Türk Ocağının bərpasında iştirakı bu mükafatın təsisi üçün ciddi əsas olub:

 "Bugün çox önəmli bir simanın, Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. O, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının övladı idi. Qənirə xanım Türk dünyasının inkişafı uğrunda fədakarcasına mücadilə aparıb, hətta deyərdim ki, bu yolda şəhid olub. Türk Dünyasının birliyi Qənirə Paşayevanın amalı, amacı idi. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, jurnalistika fəaliyyəti də var idi. O, ilk dəfə cəmiyyət qarşısına jurnalist olaraq çıxdı. Jurnalistika sahəsində polemika mədəniyyətini ortaya qoyan, jurnalistin cəsarətini formalaşdıran bir sima kimi sevildi. O baxımdan Azərbaycan Türk Ocağı olaraq Qənirə xanımın jurnalistika fəaliyyətini, bu sahəyə gətirdiyi dəyərləri, həmin obrazı yaşadacaq tələbələr arasından bir nəfəri seçərək mükafatlandırmaq qərarına gəldik və Qənirə Paşayeva adına mükafatı təsis etdik. Nəzərdə tutmuşuq ki, hər il Qənirə Paşayevanın anadan olmasının ildönümü günü bu mükafatı gənc qələm sahibinə, jurnalistika fakültəsinin tələbəsinə verək. Müsabiqə şərtlərini də təkmilləşdirməyi düşünürük. Bu, həm də Azərbaycan Türk Ocağı olaraq bizim Qənirə xanımın ad gününə bir töhfəmizdir. Ruhu şad olsun!". 

A.Aşırlı əlavə edib ki, BDU-nun Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb: "Fakültənin bir neçə tələbəsi "Şərq" qəzetində çalışır, təcrübə keçir, öyrənirlər. Çalışmışıq ki, bacarıqlı, istedadlı kadrları öz sıralarımıza cəlb edək". 

Çıxışdan sonra Akif Aşırlı Türk dünyasının sevimli qızı Qənirə Paşayevanın anadan olmasının 50-ci ildönümü münasibəti ilə təsis edilmiş diplom və pul mükafatını BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Banuçiçək Kəlbalıyevaya təqdim edib. 


Sonra söz Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluna verilib. O vurğulayıb ki, Qənirə Paşayeva bizim üçün bir dəyərdir: 

"1996-97-ci illərdə mən Parlament müxbiri işləyəndə Qənirə xanım "ANS TV"nin əməkdaşı idi. O vaxtdan münasibətimiz formalaşmışdı. Eyni zamanda bir əqidənin daşıyıcısı idik. Mən türk milliyətçiliyinin bir yolçusu olmuşam və bunu hər yerdə açıq şəkildə deyirəm. Bu mənada Qənirə xanımla bir ruh yaxınlığımız, mənəvi bağlılığımız var idi. Qənirə Paşayeva Jurnalistika fakültəsinə hər zaman böyük dəstək göstərib, dəfələrlə tələbələrimizlə dəfələrlə görüşüb. Bizim fakültəyə münasibəti başqa cür idi. Hər zaman həssas, ürəkdən yanaşıb. Təbii ki, bu, həm də onun özünün jurnalistikanı sevməsindən irəli gəlirdi. Qənirə xanımla bağlı xatirələrim çoxdur. Onun ürəyi türk dünyası ilə döyünürdü. Hər formada dəstək olmağa çalışırdı. Bu yolda əlini daşın altına qoymaqdan qətiyyən çəkinmirdi. Qeyrətli, vətənpərvər bir xanım idi. Allah rəhmət eləsin! Həqiqətən hamımız üçün böyük itkidir. İnanıram ki, ruhu şaddır. Çünki Qarabağ azaddır və bir çox idealları reallaşıb". 


Professor Cahangir Məmmədli deyib ki, Qənirə Paşayeva onun jurnalistikada idealıdır: 

"Qənirə xanımla tanışlığım ANS televiziyasında olub. Fenomen bir jurnalist idi. Bugün burada təsəlli tapdım ki, Qənirə Paşayevanın Kəmalə xanım kimi bacısı var. Elə bilirəm ki, Qənirə yanımızdadır. Yenə deyirəm, Qənirə mənim və Jurnalistika fakültəsinin də idealıdır, idealımız olaraq da qalacaq. Mən Akif müəllimə də öz təşəkkürümü bildirirəm ki, belə bir tədbir təşkil edib. Bu, çox ciddi işdir. Bütün iştirakçılara, "Şərq"çilərə təşəkkürümü bildirirəm". 


Əməkdar artist Nuriyyə Hüseynova bildirib ki, Qənirə Paşeyava ilə otaq yoldaşı olub, dəfələrlə yol yoldaşı olub: 

"Heç kimə demədiklərini mənimlə paylaşıb. Hər zaman deyirdi ki, "səninlə hər yerə, hətta davaya da getmək olar". Mənim üçün onun haqqında danışmaq çox çətindir. Onun ölümündən sonra həyat mənim üçün bir müddət dayanmışdı. Nə etsək də, bu, Allahın yazısıdır. Qənirə xanım hamıya yetişsə də, özünə yetişmirdi. Qənirə xanım cəmiyyətin, toplumun insanı idi. Hamıya dəstək olurdu, əl tutmağa çalışırdı. Türkiyəni çox sevirdi". 

Rejissor Elnurə Kazımova vurğulayıb ki, Qənirə xanımın ailəsindən çox o, yanında olurdu: "Demək olar ki, bütün günü biryerdə idik. Qənirə xanım "addım-addım Özbəkistan", "Addım-addım Qazaxıstan", "Addım-addım Türkiyə" layihələrini hazırlayırdı. Dedim ki, bəlkə bunları film formasında edək. Söylədi ki, çox gözəl olar. Qərara gəldik ki, Türk Dünyası üçün bu layihəni reallaşdıraq. Türkiyənin 81 vilayəti var. Hardasa 3 ay ərzində 64 vilayətə getdik və 57 film çəkdik. Hər gün bir bölgəni çəkirdik. Bugün 30-cu filmimiz efirə gedir. Hər film efirə gedəndə sanki nəfəs alıram və rahatlayıram ki, bu işi də gördüm. Bunu özümdə böyük basqı kimi görürdüm ki, görəsən, işi tamamlamağa gücüm çatacaqmı? Hər filmdə Qənirə xanımı hiss edirəm, görürəm. Biz nə qədər varıq, Qənirə xanım da yaşayacaq". 

Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva deyib ki, Qənirə Paşayeva əlindən gəldiyi qədər hər ehtiyac sahibinə kömək etməyə çalışırdı: "Heç vaxt Azərbaycanı bölgələrə ayırmırdı. Hər yeri öz yurdu kimi sevirdi. Kimin yardıma ehtiyacı var idisə, ona bacardığı qədər yardım əlini uzadırdı. Qənirə xanım haqqında keçmiş zamanda danışmaq olmur". 

"Zəfər" liseyinin icraçı direktoru Tural Abasquliyev qeyd edib ki, Qənirə Paşayeva Bakı Atatürk liseyinin lisenziyasının alınmasında böyük köməklik göstərib: "Qənirə xanım tez-tez liseyə gəlib-gedirdi və bu məsələ ilə məşğul idi. Prosesin şahidi kimi deyirəm ki, Qənirə xanım bu problemi ciddi təşəbbüslərlə həll etdi. Liseydə təxminən, 2 minə yaxın şagird təhsil alır. O dəstək olmasaydı, bugün həmin lisey olmayacaqdı". 


Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva tədbiri dost məclisi adlandırıb: 

"Burada olanların hamısı Qənirə xanımın əqidə, yol, düşüncə yoldaşıdır, məsləkdaşlarıdır. Təbii ki, ən önəmli olan burada olan gənclərimizdir. Ən böyük məsuliyyət onların üzərinə düşür. Qənirə xanım iki idealist müəllimin övladıdır. Atam ədəbiyyatçı, anam kimya müəllimi idi. Atamın uşaqlıqdan eşitdiyimiz sözü o idi ki, "övladlarımı vətən və millət üçün yetişdirirəm". Jurnalistika bir məslək deyil, bu, öyrənilmir, insan jurnalist doğulur, sadəcə olaraq əldə etdiyi bilik və bacarıqlarla bunu şaxələndirir. Jurnalist bir döyüşçüdür, dava adamıdır. Qənirə xanım Tibb Universitetini bitirsə də, jurnalist oldu. Qənirə xanımın titulları çox idi, amma mənim üçün o jurnalist idi. Kitablar, məqalələr yazırdı. Belə bir tədbiri təşkil etdiyiniz üçün hamınıza çox təşəkkür edirəm. Gənc jurnalistlərə də bu şərəfli yolda uğurlar, əzm arzulayıram". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see190

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see172

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see156

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see146

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see133

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see132

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see128

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see127

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see127

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see126

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see125

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see124

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see123

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see121

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see120

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see120

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see119

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see114

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see113

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri