Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Jurnalistikanın cəsur xanımı 34 il əvvəlki QƏTL

Jurnalistikanın cəsur xanımı 34 il əvvəlki QƏTL

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Salatın Əsgərova Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizə aparmış xanım qəhrəmanlardan biridir. Onun adı, xüsusilə müharibə dövründəki cəsur davranışları vətənə olan sevgisi və bağlılığı ilə tarixə düşüb. Salatın Əsgərova həm də azərbaycanlı qadının gücünü və qəhrəmanlığını təcəssüm etdirən bir simadır.
Modern.az-ın məlumatına görə, bu gün Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günüdür.
Salatın Əsgərova 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini elan etməsi ilə başlayan həlledici dövrün ən çətin anlarında, düşmənə qarşı mübarizədə cəsarət göstərdi. 1992-ci ildə Qarabağ müharibəsi başlayanda o da ön cəbhəyə gedərək mücacilə etdi. Salatının göstərdiyi əzm və iradə həm də Azərbaycan qadınının qəhrəmanlıq xüsusiyyətlərini ortaya qoydu. Salatın həm də sübut etdi ki, müharibə yalnız kişilərin deyil, qadınların da mübarizəsi, vətənə olan sevgisinin və bağlılığının təzahürüdür.
O, bir qəhrəman kimi daim gənclərə örnək olacaq. Onu xatırlayarkən, müstəqil Azərbaycan xalqının qəhrəmanlıqlarını da yad etmiş oluruq.
Salatın Əsgərova Azərbaycan jurnalistikasının müasir tarixində müstəsna yerə malik olan cəsur və peşəkar qələm sahibi idi. O, yalnız öz dövründəki hadisələri işıqlandırmaqla kifayətlənməyib, həm də xalqının və vətəninin həqiqətlərini dünyaya çatdırmaqda göstərdiyi əzm və cəsarət ilə tanınıb. Onun jurnalistikaya verdiyi töhfələr cəsurluğu və prinsipiallığı ilə yadda qalıb.
Salatın Əsgərova Azərbaycan jurnalistikasının böhranlı dövrlərində, xüsusilə müharibə illərində cəsarətli və vicdanlı yanaşmaları ilə diqqət çəkib. O, təhlükəli şəraitdə işini davam etdirib və həqiqətin üzə çıxarılması üçün hər hansı bir riskdən çəkinməyib.

Salatın Əsgərova müharibənin real təsirlərini qələmi ilə işıqlandırmağa çalışıb. O, yalnız döyüş meydanını deyil, həm də müharibənin sivil həyat üzərindəki mənfi təsirini, humanitar böhranı və məcburi köçkünlərin həyatı kimi məsələləri öz yazılarında təsvir edib.
Onun jurnalistika sahəsindəki fəaliyyəti, cəsarəti və prinsipiallığı gələcək qələm sahiblərinə nümunə olaraq qalacaqdır.
Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. 
O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.
Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.
Bir oğlu yadigar qalıb.
Ailə üzvləri Salatının şərəfinə onun adını qardaşı qızına veriblər.
“Anam şəhid olanda mənim 6 yaşım vardı. Mən anamı ədalətli qadın kimi xatırlayıram. Onun üçün ədalət hər şeydən öndə idi. Belə deyim ki, övladına olan sevgisindən də öndə idi. Bir səhv hərəkət edəndə, məni çox sərt cəzalandırırdı. Anam üçün düzgünlük hər şeydən üstün idi. O vaxtalr ölkədə baş verənlərə heç çür normal yanaşa bilmirdi, buna görə də mətbuata üz tutdu. Əslində, o, Azərbaycan Neft və Kimya İnistutunun Geofizika fakültəsini bitirmişdi. Lakin səsinin eşidilməsinə nail olmaq üçün mətbuata üz tutdu”, - bunları oğlu Ceyhun Əsgərov Modern.az-a anası ilə bağlı xatirələrindən danışarkən bildirib.

Ceyhun Əsgərov:
“Redaksiyada tapşırıq olmuşdu, amma heç kəs cəbhə bölgəsinə getmək istəməmişdi. Onda anam bu missiyanı öz üzərinə götürüb “mən məmuniyyətlə gedərəm” demişdi. Çünki anam əslən Qarabağdan - Şuşadan idi. Atasının babası sonralar Şuşadan Füzuliyə köçmüşdü...
...Salatın xanımın adını əbədiləşdirmək üçün, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerləşdiyi küçəyə onun adı verilib. Bir vaxtlar Bakı buxtasında katerlərdən biri də anamın adına idi. Amma sonradan kater yararsız olduğu üçün onu dəyişdilər. Təəssüf ki, yeni gətirilən katerə anamın adı verilmədi...
...Böyük məmuniyyətlə istəyərdim ki, anamın adına bir fond yaradım. Bu fondu, Jurnalistika fakültəsində oxuyan tələbələrə və ya hansısa şəhid ailəsinə dəstək olmaq üçün yaratmaq istəyərdim...
...İstəyərdim ki, anamın rəhmətə getdiyi yerin yanında heykəlini qoydura bilim...
...Anamın ən böyük arzusu müharibənin olmaması idi...”.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri