Jurnalistlərə əməyin mühafizəsi təlimi keçilib FOTOLAR
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi, eləcə də bu sahədə aktual islahatlar barədə ətraflı məlumat verilib. Media nümayəndələrinə mövzunun mahiyyəti, müvafiq prosedurların tətbiqi, müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması mexanizmləri izah olunub.
Seminar çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
“Sosial Jurnalistika” təlimlərinin keçirilməsinin əsas məqsədi media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin mövzuya peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın genişləndirilməsidir.
Bu mövzuda digər xəbərlər:Əməyin Mühafizəsi Fondundan Əməyin Mühafizəsi Mərkəzinin saxlanılmasına vəsait ayrılacaq
21 Fevral 2025 16:34
“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olundu Fotolar
28 Aprel 2025 16:39
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirildi Fotolar
28 Aprel 2026 09:25
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir
31 Yanvar 2025 11:26
Əməyin mühafizəsi mövzusunda təlim keçirilib
23 İyun 2026 14:48
Baxış sayı:104
Bu xəbər 17 Mart 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















