Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Kallasın və Aİ nin “dərdini” çəkən HAYLARIN “AĞIR” DƏRDİ TƏHLİL

Kallasın və Aİ nin “dərdini” çəkən HAYLARIN “AĞIR” DƏRDİ TƏHLİL

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kaya Kallasın Azərbaycanla bağlı mövqeyi və ələlxüsus da ölkəmizlə bağlı dedikləri hayların boğazına ərimiş qurğuşun kimi tökülüb, deyə bilərik, çünki həmin sözləri qətiyyən uda bilmirlər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında söylədiklərini ermənilər özlərinə çöx ağır dərd, “Kallas”al bəla hesab ediblər.

Kaya Kallasın ədalətli yanaşmasını haylar öz başlarına düşən daş hesab ediblər...

Haylar hay salıblar ki, bəs Kaya Kallas öz fikirləri ilə, əslində, Avropa İttifaqı üçün neftin və qazın Aİ-nin qurulduğu prinsiplərdən üstün olduğunu etiraf edib. Maraqlıdır, bütovlükdə Avropanın enerjiyə olan ehtiyacının və bu ehtiyacın qarşılanmasında Azərbaycanın danılmaz rolunun etiraf edilməsi nə vaxtdan prinsplərdən imtina etmək sayılır? Bəllidir ki, ölkəmizin nəinki Avropada, bütün dünyada rolunun artması, söz sahibinə, maraqlı tərəfdaşa çevrilməsi, rəsmi Bakı ilə dünyanın bütün ölkələrinin rəsmilərinin əlaqələr qurmaqda, əməkdaşlıq etməkdə həvəsli, maraqlı olması haylar üçün heç də arzuolunan deyil. Əksinə, hər dəfə Azərbaycan dünya miqyasında, qlobal müstəvidə irəlilədikcə, sanki hayların başlarına daş düşmüş olur. Sağlam rəqabət qabiliyyətlərinin olmadığını özləri hamıdan yaxşı bildikləri üçün də ancaq dillərinə “güc verirlər”, boş-boş sözlərə, hətta şər və böhtan dolu “çıxışlara” əl atırlar. Bunu başa düşmək heç də çətin deyil, çünki tarix böyu da əllərindən gələn elə bu olub və əməli işə deyil, şər atmağa, mənasız, əsassız danışıqlara, şər-böhtan kampaniyasına daha asan yol kimi baxıblar. İndi də bu “erməni ənənəsi” davam edir və belə ki, gedir, çətin bu toplum öz “şakərindən” əl çəkə. Yaxşı, bəs Kaya Kallasın günahı nə idi ki, indi də haylar onu “qaralayıblar” və yaxasından da əl çəkənə oxşamırlar? Axı o heç azərbaycanlı, ya da turk deyil ki, hayların ona olan antipatiyası bu qədər dərin olsun və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti birdən-birə niyə ermənilər üçün “düşmən” hesab olundu? Kallas hansı daşı hayların başlarına saldı ki, ona bu qədər nifrət etməli oldular? Belə məlum olur ki, Kaya Kallasın ədalətli yanaşmasını haylar öz başlarına düşən daş hesab ediblər...

Hayların nələr “uydurmaq bacarığına malik” olduğunu bilən bütün dünya ictimaiyyəti onların uydurduğuna ancaq gülür və lağ edir

Hayların mətbuat səhifələrində yazdıqlarına, iddialarına görə, guya ki, Azərbaycana səfər etməməsi üçün az qala “bütün dünya” Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti olan Kaja Kallasın az qala ayağına da düşüb yalvarıb, amma Kallas da qətiyyən “sözə qulaq asmadan” öz bildiyini edib və bununla da sən demə, böyük “rüsvayçılıq” olubmuş. Bu nə düşüncədir və hansı ağıl sahibi belə bir iddianı ortaya ata bilər? Əvvəla, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentinə kim “ağıl vermək” iddiasına düşüb ki, haylar da bunu görüb, eşidib bərk “narahat” da olublar? Digər tərəfdən də, tutaq ki, nə edibsə, Kallas edib və nə olubsa da Avropa İttifaqına olubsa, bəs haylara nə düşüb ki, yuyulmamış qaşıq kimi ortaya atılıblar? Yəni, Avropaya, yaxud da Avropa İttifaqına aid olandan haylara nə? Sən demə, haylar Avropanın yerinə xəcalət çəkmək fikrinə də düşüblər. Bu boyda rüsvayçı məğlubiyyətdən, bu boyda rəzalətdən sonra ermənilər Ermənistanın dərdini yox, Avropanın dərdini çəkirlərmiş. Maraqlıdır, görəsən, öz hayında olmalı olan hay buna “üz” tapması bir yana, öz gününə ağlamaqdan vaxtı hardan tapır? Hər halda bu sualın cavabını başqa bir kimsə bilə bilməz və elə onlar özləri yaxşı bilirlər və gör nə qədər “çoxbilmişdirlər” ki, avropalıların yerinə də düşünə bilirlər...

Haylar iddia edirlər ki, sən demə, Kaya Kallas guya “demokratik” bir ölkəyə, yəni, Ermənistana bu qədər düşmən münasibət bəsləyən bir dövlətin paytaxtına səfər etməklə, həm də həmin ölkəni, daha dəqiq desək, Azərbaycanı açıq-aşkar tərifləməklə, orada qaldığına görə sevincini bildirməklə, “böyük günah iş” görübmüş. “Burada olmaqdan çox məmnunam, çünki Azərbaycan regionda mühüm tərəfdaşdır və münasibətlərimizin möhkəmlənməsi ilə bağlı gözləntilərimiz var”, deyə Kaya Kallasın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirdiklərini haylar biabırçılıq, rüsvayçılıq adlandırmağa şalışırlar. Hətta bu böyüklüyündə adamın, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin, Avropa Komissiyasının vitse-prezidentinin dediyi sözləri haylar “tarixin ittihamına” da buraxıblar. Bu toplumun fikirlərinə, iddialarına inanan kimsə Kallasın gələcək halına belə yanardı. Amma, məsələ burasındadır ki, hayların necə bir toplum olduğunu, nələr “uydurmaq bacarığına malik” olduğunu bilən bütün dünya ictimaiyyəti onların uydurduğuna ancaq gülür və lağ edir.

Hay tayfası hələ də başa düşə bilmir ki, yanlış yolda olmaları onların özlərinin ən ağır dərdidir...

Belə məlum olur ki, Qarabağın “işğalı” barədə Kaya Kallasın “heç nə” deməməsi haylara bərk “toxunubmuş”. Hələ bir “etnik təmizləmə” barədə də onun “nə isə” deyəcəyini gözləyirlərmiş. Maraqlıdır, toxunan nədir və nəyi gözləyirdilər? Gözlədikləri o idi ki, bu boyda yüksək çinli bir siyasətçi yalana əl atsın və ərazilərin işğaldan azad olunmasına “işğal” desin? Bəli, haylar özləri Qarabağ ərazilərini ötən əsrin sonlarında işğal ediblər və elə bu vaxta qədər də işğal altında saxlayıblar. Özü də viran qoyduqları vəziyyətdə saxlayıblar, amma Kallasdan “istəkləri” ilə bağlı “nəzərdə tutduqları” bu deyil. Məgər Kaya Kallas görmürmü ki, düz otuz ilə yaxın müddətdə bir daşı daş üstünə ermənilərin qoymadıqları halda, Azərbaycan cəmi bir neçə ildə həmin o işğaldan azad olunan əraziləri cənnətə çevirməkdədir və infrastrukturdan tutmuş, insanların məskunlaşmalarına qədər bütün məsələlər böyük sürətlə həll olunur? Yəni, haylar həmin o Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini, Avropa Komissiyasının vitse-prezidentini bu qədər “avam” hesab edirlər ki, onun bu böyüklükdə işlərin məhz Azərbaycan tərəfindən görüldüyünü də görməyəcəyini zənn edirlər? Axı ərazilər günü-gündən abadlaşırsa, insanlar öz yurd-yuvalarına köçürülürsə, doğma yurdlarında azərbaycanlılar məskunlaşırsa, deməli, hətta tarixi bilməsə belə, məntiqi olaraq, Kallas da yaxşı görür və başa düşür ki, həmin ərazilər Azərbaycan ərazisidir və burada ermənilərin ağıllarına gələni danışmaları əsassız, eləcə də mənasızdır. Məscidlərimizi, qəbir daşlarımızı belə dağıdan haylar, hələ bir utanmadan erməni mədəniyyət abidələrinin necə söküldüyü barədə danışmasını Kaya Kallasdan gözləyirmişlərsə, daha bu topluma deyiləcək söz də qalmır.

Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və ölkəmizin məhz Aİ-nin enerji təchizatında böyük rol oynadığını Kaya Kallasın bildirməsi hayları lap yandırıb yaxıbmış. Elə yandırıb ki, tüstüsü başlarından da çıxıb və onları məhz başlarından böyük danışmağa da “vadar” edib. Beləki, haylar özlərinə məxsus mətbuat səhifələrində yazıblar ki, guya Kallasın əri Arvo Hallik də elə siyasi qalmaqalın mərkəzində olub, üstəlik özü də. Kaya Kallasın özləri tərəfindən uydurduqları davranışlarına siyasi qiymət verilməsini tələb edən haylar görəsən bu yekəliklə cinayətlərinə qiymət verilməsinin vacibliyi və mütləq şəkildə haçansa veriləcəyi barədə düşünürlərmi? Düşünürlərmi ki, “Pandora qutusu” dedikləri barədə uydurma səsləndirməzdən öncə öz “qutuları”, yəni, hayların hansı hayda olmaları barədə düşünsələr lap yerinə düşər və məntiqli, doğru olardı? Başa düşürlərmi ki, başqalarının dərdini çəkməkdənsə, hər bir hay öz hayında olsa bu, bütövlükdə onlar üçün daha yaxşı olar? Axı, guya Kallasın və Avropa İttifaqının dərdini çəkən hayların öz dərdləri kifayət qədərdir. Məsələn, reallığı görə bilməməkdən, üstəlik, danmaqdan və nəticədə də ardıcıl olaraq, fəlakətlərə düçar olmaqdan böyük dərd ola bilməz. Qafqaza güclə soxulan və bununla belə, başqalarının torpaqlarına göz dikdiklərinə görə dəfələrlə gözləri ovulan bu toplum, hay tayfası hələ də başa düşə bilmir ki, özünəməxsus xisləti elə ən böyük dərddir. Kallasın və Aİ-nin guya dərdini çəkən bu tayfa hələ də başa düşə bilmir ki, yanlış yolda olmaları onların özlərinin ağır dərdidir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri