Icma.az
close
up
RU
Kamran Bayramov: Bakı Daşkənd alyansı cəlbedici inkişaf modelinə çevrilir

Kamran Bayramov: Bakı Daşkənd alyansı cəlbedici inkişaf modelinə çevrilir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ilə Özbəkistan arasında formalaşan yeni strateji tərəfdaşlıq modeli müasir Avrasiya məkanında keyfiyyətcə yeni bir iqtisadi oxun təşəkkül tapdığından xəbər verir. İki ölkə arasındakı münasibətlər adi ikitərəfli ticarət əlaqələri çərçivəsini çoxdan aşaraq dərin sənaye kooperasiyasına, birgə investisiya mexanizmlərinə və Avrasiya nəqliyyat-logistika şəbəkəsinin yenidən qurulmasına xidmət edən strateji ittifaqa çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Bakı ilə Daşkəndin iqtisadi imkanlarının bir-birini tamamlaması konsepsiyasına əsaslanan bu yeni reallığın dərin təhlilini özündə ehtiva edir.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın ən böyük əhalisinə və sürətlə inkişaf edən sənaye potensialına malik, lakin dünya okeanına birbaşa çıxışı olmayan Özbəkistan ilə Xəzərin qərb sahilində yerləşən, Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirən zəngin logistik infrastruktura malik Azərbaycanın qarşılıqlı maraqları tam üst-üstə düşür. Bu təbii iqtisadi uyğunluq tərəflərə sadəcə mal və məhsul mübadiləsini artırmağa deyil, həm də kapitalın sərbəst hərəkətini, birgə müəssisələrin yaradılmasını və geostrateji layihələrin həyata keçirilməsini təmin edən vahid iqtisadi ekosistem formalaşdırmağa imkan verir. Son illərdə ali səviyyədə həyata keçirilən sıx təmaslar, son beş ildə gerçəkləşən 15 qarşılıqlı səfər və 2024-cü ilin avqustunda imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə isə bu prosesin möhkəm siyasi-hüquqi bünövrəsini təşkil edir. Hüquqi çərçivənin Hökumətlərarası Komissiyanın və Hökumətlərarası Şuranın fəal işi ilə dəstəklənməsi qəbul edilən qərarların operativ şəkildə reallaşmasını təmin edir.

K.Bayramov qryd edib ki, bu siyasi iradənin və strateji planlaşdırmanın nəticələri özünü ticarət dövriyyəsinin dinamikasında aydın göstərir. 2024-cü ildəki 252 milyon dollar səviyyəsindən 2025-ci ildə 795 milyon dollara yüksələn qarşılıqlı ticarət həcmi üç dəfəyə yaxın sıçrayış nümayiş etdirib. 2026-cı ilin ilk aylarında da davam edən bu artım meyli tərəflərin qarşıya qoyduğu 1 milyard dollarlıq həddə çatmaq hədəfinin artıq uzaq gələcəyin deyil, yaxın vaxtların reallığı olduğunu göstərir. Lakin bu göstəricilərin ən mühüm məqamı onların sırf xammal və ya birdəfəlik müqavilələr hesabına deyil, dərin sənaye kooperasiyası və diversifikasiya olunmuş məhsul strukturu hesabına formalaşmasıdır. Azərbaycanın Özbəkistanda tekstil, kimya və kənd təsərrüfatı sektorlarına qoyduğu iri sərmayələr, eləcə də Hacıqabul Sənaye Məhəlləsində Özbəkistan texnologiyası ilə avtomobil istehsalının uğurla həyata keçirilməsi sənaye sahəsindəki tərəfdaşlığın əyani sübutudur.

Deputat həmçinin diqqətə çatdırıb ki, münasibətlərin institusional dayanıqlılığını təmin edən əsas amillərdən biri 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Şirkətinin fəaliyyətidir. Bu maliyyə mexanizmi iki ölkənin özəl və dövlət sektorlarının birgə layihələrini maliyyələşdirərək iqtisadi inteqrasiyanı sürətləndirir. Şirkətin dəstəklədiyi layihələr təkcə hər iki ölkənin daxili bazarlarını təmin etməklə məhdudlaşmır, həm də üçüncü ölkələrin bazarlarına birgə çıxış imkanları yaradır. Bu kontekstdə energetika sahəsindəki əməkdaşlıq xüsusi diqqət çəkir. Ənənəvi karbohidrogen resurslarının nəqli ilə yanaşı, Mərkəzi Asiyadan Xəzərin dibi və Cənubi Qafqaz vasitəsilə Avropaya "yaşıl enerji"nin ötürülməsini nəzərdə tutan təşəbbüslər Bakı və Daşkəndin qlobal enerji keçidi prosesində aparıcı oyunçulara çevrilmək iddialarını nümayiş etdirir.

K.Bayramov vurğulayıb ki, tranzit və nəqliyyat-logistika sahəsi Azərbaycan-Özbəkistan iqtisadi oxunun kəşfiyyat və strateji özəyini təşkil edir. Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan bu marşrut üzrə yükdaşımaların həcmi hər il sabit şəkildə artır. 2024-cü ildə 1,3 milyon tonu ötən tranzit həcminin növbəti illərdə də yüksələn xətt üzrə inkişaf etməsi göstərir ki, hər iki dövlət Avrasiya nəqliyyat qovşaqlarının effektivliyini artırmaq üçün birgə infrastruktur layihələrinə, tarif optimallaşdırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət yetirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Özbəkistan məhsullarının dəniz limanlarına və Qərb bazarlarına çıxışı üçün ən qısa və təhlükəsiz marşrutu təmin edir.

Deputat sonda bildirib ki, bu tendensiyalar Azərbaycan və Özbəkistanın sadəcə regional tərəfdaşlar deyil, Avrasiyanın geosiyasi və geoiqtisadi xəritəsini yenidən formalaşdıran yeni bir güc mərkəzinin memarları olduğunu sübut edir. Siyasi etimadın yüksək səviyyəsi, tamamlayıcı iqtisadi strukturlar, birgə investisiya fondları və strateji nəqliyyat dəhlizləri Bakı ilə Daşkənd arasındakı bu alyansı uzunmüddətli, dayanıqlı və regionun digər dövlətləri üçün cəlbedici bir inkişaf modelinə çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri