Kanada Çindən idxal edilən elektrikli nəqliyyat vasitələrinə əlavə tarifləri aradan qaldıracaq
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:mehin Qasımova,Banco.az
Kanada Çindən idxal edilən elektrikli nəqliyyat vasitələrinə əlavə tarifləri aradan qaldıracaq
Banco.az xəbər verir ki, Çin və Kanada arasında əldə olunan yeni tarif razılaşmasına əsasən, Pekin 2024-cü ildə Kanadadan idxal edilən elektrikli nəqliyyat vasitələrinə tətbiq etdiyi 100 faiz əlavə gömrük rüsumunu ləğv edib. Razılaşma Kanadanın Baş naziri Mark Karninin Çinə səfəri çərçivəsində Çin Prezidenti Si Cinpinlə keçirilən birgə mətbuat konfransında açıqlanıb.
Razılaşmaya uyğun olaraq, Kanada da ABŞ-la paralel şəkildə 2024-cü ildə Çindən idxal edilən elektrikli nəqliyyat vasitələrinə tətbiq etdiyi 100 faiz əlavə rüsumu aradan qaldıracaq. Bunun əvəzində Ottawa elektrikli avtomobillərin idxalına kvota mexanizmi tətbiq edəcək. Belə ki, ildə 49 min ədəddən az avtomobil idxalına 6,1 faiz tarif nəzərdə tutulur.
Kanada hökuməti bu addımın ölkənin elektrikli nəqliyyat vasitələri sektoruna Çindən investisiyaların cəlb olunmasına şərait yaradacağını gözləyir. Eyni zamanda, Çin Kanadanın əvvəlki tarif artımlarına cavab olaraq Kanadadan idxal edilən raps yağı, un və toxumlara tətbiq etdiyi 100 faiz əlavə rüsumu mart ayından etibarən təxminən 15 faizə endirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 17 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















