Icma.az
close
up
RU
Kanalizasiya xətlərinin yenidən qurulması layihəsi davam edir Fotolar

Kanalizasiya xətlərinin yenidən qurulması layihəsi davam edir Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir. 

“Qafqazinfo” xəbər verir ki, regionların sosial - iqtisadi inkişafı Dövlət roqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb.

Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən su sutəmizləyici qurğuda 28 sayda qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 3 sayda nasos aqreqatı vasitəsilə 820 mm-lik boru ilə mərkəzi su anbarına ötürülür. Mərkəzi su anbarında depolanmış su tələbata uyğun olaraq 1000 mm-lik çıxış xətti vasitəsilə özüaxımlı rejimdə şəhərin su təchizatı şəbəkəsinə verilir. Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılaraq abonentlərin istifadəsinə verilib. Kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə davam edir. 

Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev diqqətə çatdırıb ki, hazırda Nərimanov prospektində bu işlər davam etdirilir: “Layihəyə uyğun olaraq 250 kilometr kanalizasiya xəttinin 210 kilometri, yəni 84 faizi icra olunub. Şəhər ərazisində 250-ə yaxın yüksək mərtəbəli yaşayış evləri və 7 minə yaxın fərdi yaşayış evləri yeni şəbəkəyə qoşularaq vətəndaşların istifadəsinə verilib. 

Mərkəzi su anbarından yüksək ərazidə yerləşən istehlakçıları su ilə təmin etmək üçün su anbarında quraşdırılmış 2 nasos aqreqatı istismar edilir. Zərurət yarandıqda suyun istehlakçılara çatdırılması üçün idarə tərəfindən 3 sayda məhəllədaxili su nasos stansiyasından da istifadə olunur. Hazırda idarənin abonent bazasında 33.500 abonent qeydiyyatdadır. Abonentlərin sayğaclaşma səviyyəsi isə 96,7 % təşkil edir. Şəhərin kanalizasiya şəbəkəsi üzrə idarənin istismarında 2 məhəllə daxili tullantı sutəmizləyici qurğu və 8  kanalizasiya nasos stansiyası var. Layihə üzrə şəhərdə 3 yeni kanalizasiya nasos stansiyası tikilib və istismara verilib, 1 nasos stansiyasının tikintisi başa çatdırılıb. Layihədə, həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65000 kub metr olan yeni tullantı su təmizləmə qurğusunun tikilməsi nəzərdə tutulur”.

Samir Əliyev onu da qeyd edib ki, Mingəçevir Su Anbarından xam su sutkada 55 min kub metr istehsal gücü olan su filtrlərində təmizlənərək nasoslar vasitəsilə 10 min kub metrlik su anbarına ötürülür: “Su anbarından özüaxımlı formada vətəndaşların istifadəsinə verilir. Şəhərin 97 faizində sayğaclaşma işləri aparılıb. Şəhərdə 24 saat fasiləsiz olaraq su təminatı aparılır”. 

Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri