Icma.az
close
up
RU
Kapital Bank ın dəstəyi ilə 4 cü YAŞA Mərkəzi istifadəyə verildi

Kapital Bank ın dəstəyi ilə 4 cü YAŞA Mərkəzi istifadəyə verildi

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə "Üçüncü Bahar" İctimai Birliyinin "YAŞA" Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü "YAŞA" Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.

Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

2017-ci ildən etibarən "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində "YAŞA" Mərkəzlərinin uğurlu fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti addımıdır.

"YAŞA" Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri