“Kapitan və Xəzər dənizi” tarixi sənədli filminin premyerası olacaq
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 19-u saat 19:00-da Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli filminin premyerası keçiriləcək.
Demokrat.az xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.
Animasiya və arxiv materiallarının hibrid işlənməsi ilə ərsəyə gələn film 1990-cı ilin 20 yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub. Film Xəzər Dəniz Neft Donanması kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir.
Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Animasiya hissəsi “Harmony of Chaos” studiyasında hazırlanan filmə “Current Time” TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Kapitan və Xəzər dənizi filminin istehsalı yekunlaşıb
21 Aprel 2025 09:35
XƏZƏR DƏNİZİ ÖLÜR
24 Oktyabr 2025 09:03
Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir
13 Noyabr 2025 16:31
Xəzər dənizi kiçilir: Babayev
11 Noyabr 2024 16:14
COP29da Xəzər dənizi müzakirəsi
18 Noyabr 2024 10:14
Baxış sayı:75
Bu xəbər 15 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları