Icma.az
close
up
RU
Kaprizov MHL tarixinin ən nəhəng müqaviləsinə imza atdı

Kaprizov MHL tarixinin ən nəhəng müqaviləsinə imza atdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

MHL üzrə ixtisaslaşan insayder Elliott Fridmanın yaydığı xəbərə görə, Kirill Kaprizov “Minnesota”da qarşıdakı 8 ilin hər birində ortalama 17 milyon dollar alacaq.

"Football-plus.az" xəbər verir ki, müqavilə təkcə orta illik maaşa yox, həm də ümumi məbləğə görə MHL tarixinə düşdü.
28 yaşlı rusiyalı hokkeyçi müqavilə müddəti ərzində 136 milyon dollar qazanacaq. Bu isə Aleksandr Oveçkin (124 milyon), Leon Drayzaytl (112 milyon) və bütün başqa hokkeyçilər ilə müqayisədə daha çoxdu. Kirillin müqaviləsi 2026/27 mövsümündən qüvvəyə minəcək və 2033/34 mövsümünün sonuna qədər qüvvədə olacaq. Buna qədər MHL rekordu “Edmonton”un hücumçusu Leon Drayzaytla məxsus idi – o, 2024-cü ilin sentyabrında “neftçilər”lə ümumi dəyəri 112 milyon olan 8 illik müqavilə bağlamışdı.
Müqavilənin şərtləri hələ tam açıqlanmayıb: Kaprizovun mövsümlərin hər birində nə qədər qazanacağı, həmçinin imzahaqqı bonusu bilinmir. Təbii ki, rusiyalı ulduz bu məbləğin hamısını almayacaq. “Minnesota”da maaşa görə vergi 40,38 faiz təşkil edir. Bunu da nəzərə alsaq, Kirill tər-təmiz 81,1 milyon dollar alacaq – ildə orta hesabla 10,13 milyon.
Bu müqavilə ilə bağlı diqqəti cəlb edən məqam başqadı. Kaprizov cəmi üç həftə əvvəl “Minnesota”nın oxşar təklifini rədd etmişdi. Onda klub 8 illik müqavilə və hər il üçün 16 milyon dollar təklif edirdi. Görəsən, üç həftə ərzində nə dəyişdi ki? Faktiki heç nə. Klub hansısa başqa gurultulu transfer etməyib ki, rusiyalının məhz buna görə mövqeyini dəyişdiyini deyək.
Çox güman, səbəb başqadı. Hokkeyçinin agentləri həm bazardakı durumu, həm də “Minnesota” rəhbərliyinin imkanlarını araşdırıb. Və bundan sonra belə fikrə gəliblər ki, maksimum elə bu məbləğdə müqaviləyə ümid edə bilərlər. Aydın məsələdi ki, Kaprizov özü də komandasını dəyişmək istəməyib.
O da məlumdu ki, Kaprizov MHL-in ən yüksək ödənişli hokkeyçisi statusunu uzun müddət daşıya bilməyəvək. Tezliklə kanadalı Konnor Makdevid bu statusa yiyələnəcək. Onun “Edmonton”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda bitəcək. “Neftçilər” ulduz hokkeyçi ilə yeni müqavilənin şərtlərini hələ razılaşdırmayıb. 8 il əvvəl “Edmonton” ona illik 12,5 milyon dollar maaş kəsmişdisə, deməli, bu dəfə daha yaxşı şərtlərlə müqavilə təklif edəcək. Mövsümlərarası dövrdə maaş tavanının bir qədər də qalxdığını nəzərə alsaq, başqa ssenari ola bilməz.
Yeri gəlmişkən...
Kaprizov MHL-də keçirdiyi 5 mövsüm ərzində 319 oyunda 386 (185+201), Stenli kubokunda keçirdiyi 25 oyunda 21 (15+6) xal toplayıb. O, “Minnesota”nın həm bir mövsüm ərzində qazanılan xal (2021/22 mövsümündə 108), həm də qol (2021/22 mövsümündə 47) sayında rekordçusudu. Kaprizov həm də klub tarixində bir neçə mövsümdə (2021/22, 2022/23, 2023/24) 40 qol vuran yeganə hokkeyçidi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri