Karasin Uitkoffun Moskvaya səfərini müsbət qiymətləndirdi
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya ilə ABŞ arasında dialoq lazımdır".
Missiya.Az xəbər verir ki, bunu “İzvestiya”ya açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
"Əlaqələrin davam etməsi vacibdir və ABŞ prezidentinin xüsusi nümayəndəsinin hazırkı səfəri müsbət, konstruktiv faktdır. Ümid edirəm ki, bu, iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişlənməsinə gətirib çıxaracaq və Ukrayna böhranının praktiki məsələlərinin həllinə töhfə verəcək. Bu cür təmaslardan nikbinlik daha çox nəzərə çarpır", - o deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 6-da Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib. Hər iki tərəfin uğurlu hesab etdiyi danışıqlar təxminən üç saat davam edib.
Nurlana Əhmədova
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 07 Avqust 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















