Icma.az
close
up
RU
Karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib

Karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda "COP 29" İqlim Konfransı çərçivəsində dayanıqlıq və qlobal karbon bazarı standartları mövzusunda İqlim Səfirləri seminarı keçirilib. SİA “əl-Əhram” portalına istinadla xəbər verir ki, beynəlxalq davamlılıq və iqlim risklərinin ölçülməsi üzrə misirli mütəxəssis doktor Mustafa əş-Şərbininin moderatorluğu ilə keçirilən tədbirdə karbonun qiymətləndirilməsi üçün açıq və vahid beynəlxalq standartların yaradılmasının vacibliyi vurğulanıb. Bu, ölkələr arasında karbon kreditlərinin tədavülündə şəffaflıq və ədaləti təmin etməklə yanaşı, karbon bazarının könüllü alətlərinin gücləndirilməsini və dekarbonizasiya texnologiyalarında innovasiyaları təşviq etməyi nəzərdə tutur.

Həmçinin seminarda günəş və külək enerjisi, yaşıl hidrogen kimi təmiz enerji əsaslı layihələrə maliyyə dəstəyi göstərilməsi, dayanıqlı həllər üçün sərmayələrin təşviqi təklif edilib. Eyni zamanda emissiya azaldılması məqsədlərinə nail olan və dövri iqtisadiyyat həyata keçirən müəssisələrin stimullaşdırılması və inkişaf etməkdə olan ölkələrdə davamlı inkişaf layihələrinin hazırlanması üçün dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Seminarda, həmçinin, dayanıqlılığın və karbon izinin azalmasının vacibliyi barədə maarifləndirmə işlərinin genişləndirilməsinin, dayanıqlı kənd təsərrüfatı və bioloji müxtəlifliyin qorunması sahəsində innovasiyaların təşviqinin vacibliyi qeyd edilib. Bununla yanaşı, karbon hədəflərinə nail olunmasında, eləcə də süni intellekt və əşyalar interneti (IoT) kimi müasir texnologiyalardan istifadə edilməsində ölkələrin və şirkətlərin nailiyyətlərini izləmək üçün qlobal platformaların yaradılmasının faydalı olacağı bildirilib.

Bundan başqa, tədbirdə karbon emissiyalarını azaltmaq proqramlarının təkmilləşdirilməsi və təbiətə əsaslanan həllər sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə regional əməkdaşlıq birliklərinin qurulmasının əhəmiyyəti vurğulanıb. Eləcə də, meşələrin və bataqlıq ərazilərinin bərpasına, torpaqlarda karbonun udulmasının artmasına yönələn layihələrə, manqrov ağacları və dəniz otları kimi su ekosistemlərində karbonun saxlanılmasını təmin etmək üçün Mavi karbon strategiyalarının gücləndirilməsinin mühümlüyünə diqqət yetirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri