Icma.az
close
up
RU
Karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib

Karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda "COP 29" İqlim Konfransı çərçivəsində dayanıqlıq və qlobal karbon bazarı standartları mövzusunda İqlim Səfirləri seminarı keçirilib. SİA “əl-Əhram” portalına istinadla xəbər verir ki, beynəlxalq davamlılıq və iqlim risklərinin ölçülməsi üzrə misirli mütəxəssis doktor Mustafa əş-Şərbininin moderatorluğu ilə keçirilən tədbirdə karbonun qiymətləndirilməsi üçün açıq və vahid beynəlxalq standartların yaradılmasının vacibliyi vurğulanıb. Bu, ölkələr arasında karbon kreditlərinin tədavülündə şəffaflıq və ədaləti təmin etməklə yanaşı, karbon bazarının könüllü alətlərinin gücləndirilməsini və dekarbonizasiya texnologiyalarında innovasiyaları təşviq etməyi nəzərdə tutur.Həmçinin seminarda günəş və külək enerjisi, yaşıl hidrogen kimi təmiz enerji əsaslı layihələrə maliyyə dəstəyi göstərilməsi, dayanıqlı həllər üçün sərmayələrin təşviqi təklif edilib. Eyni zamanda emissiya azaldılması məqsədlərinə nail olan və dövri iqtisadiyyat həyata keçirən müəssisələrin stimullaşdırılması və inkişaf etməkdə olan ölkələrdə davamlı inkişaf layihələrinin hazırlanması üçün dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.Seminarda, həmçinin, dayanıqlılığın və karbon izinin azalmasının vacibliyi barədə maarifləndirmə işlərinin genişləndirilməsinin, dayanıqlı kənd təsərrüfatı və bioloji müxtəlifliyin qorunması sahəsində innovasiyaların təşviqinin vacibliyi qeyd edilib. Bununla yanaşı, karbon hədəflərinə nail olunmasında, eləcə də süni intellekt və əşyalar interneti (IoT) kimi müasir texnologiyalardan istifadə edilməsində ölkələrin və şirkətlərin nailiyyətlərini izləmək üçün qlobal platformaların yaradılmasının faydalı olacağı bildirilib.Bundan başqa, tədbirdə karbon emissiyalarını azaltmaq proqramlarının təkmilləşdirilməsi və təbiətə əsaslanan həllər sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə regional əməkdaşlıq birliklərinin qurulmasının əhəmiyyəti vurğulanıb. Eləcə də, meşələrin və bataqlıq ərazilərinin bərpasına, torpaqlarda karbonun udulmasının artmasına yönələn layihələrə, manqrov ağacları və dəniz otları kimi su ekosistemlərində karbonun saxlanılmasını təmin etmək üçün Mavi karbon strategiyalarının gücləndirilməsinin mühümlüyünə diqqət yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri