Karni Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunu idarə edəcək Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Karni Trampın Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib. Çindəki səfərini başa vuran Kanadanın Baş naziri şənbə günü Qətərə gedəcək. Daha sonra o, 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı açıqlamaya görə, Trampın sədrliyi ilə Sülh Şurasına onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 17 Yanvar 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















