Icma.az
close
up
RU
Kartdan oğruluqların arxasında insan dayanır...Bankların yağlı müştəri məlumatları sızdırılır

Kartdan oğruluqların arxasında insan dayanır...Bankların yağlı müştəri məlumatları sızdırılır

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Kartınızda pul varsa, hədəfdəsiniz !

Kiber fırıldaqçılar hədəfi dəqiq vururlar – bu məlumatlar onlara haradan sızır?

Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün — bəli, hər gün – vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır.

Bu rəqəmlər artıq adi statistikaya çevrilib.

Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə dərinləşir. Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır.

Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub :

– Maarifləndirmə kampaniyaları güclənib,

– Kibermütəxəssislərin sayı xeyli artıb,

– İnfrastruktur müasirləşdirilib,

– DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.

– Bu Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud system qurulub və s.

Amma maraqlı və absurd olan budur ki , nəticə fərqli istiqamətdə inkişaf edir: kiber cinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır.

Hər gün külli miqdarda talamalar var.

Burada nəsə çatışmır – və çox güman ki, bu çatışmazlıq texnologiya deyil, İNSAN amilidir.

Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir.

Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq.

Şübhələr nəyə əsaslanır?

Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması -satışı ola bilməz.

Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.

Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.

Nə etməliyik?

1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.

2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.

3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.

Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq.

Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.

Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər.Bu dolayısı ilə nəqdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə , rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.

Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi təbrilər göpüləcək.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti 

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see192

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see155

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see154

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see132

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see127

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see126

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see125

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see121

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see120

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see120

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see119

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see117

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see114

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see114

Şəfa Şahdağ Qusar matçının hakimləri açıqlandı

04 May 2025 10:47see113

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see112

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see112

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see112

Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR

04 May 2025 10:36see109

Rusiyadan daha bir ölkəyə ŞOK: “Tarixdə belə millət olmayıb, ərazi birləşməlidir”

04 May 2025 10:44see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri