Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı... Qriboyedovun arvadına məktubu

Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı... Qriboyedovun arvadına məktubu

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün tanınmış rus yazıçı, diplomat, şərqşünas, bəstəkar Aleksandr Qriboyedovun doğum günüdür.

Kulis.az onun ölümündən 45 gün əvvəl İranın Qəzvin şəhərindən həyat yoldaşına yazdığı məktubu təqdim edir.

Qəzvin , dekabrın 14-ü, Milad axşamı , 1828-ci il .

Can – ciyər! Sabah Tehrana yola düşürük, atla oraya dörd günlük yoldur. Dünən bir tələbəmizlə sənə məktub göndərmək istədim , lakin fikirləşdim ki, o, on iki gündən tez gəlib çıxmayacaq. M- me Macdonald da, sən də zərfi eyni vaxtda alacaqsınız .

Mənim misli - bərabəri olmayan dostum, sənə yazığım gəlir, sənsiz halım yaman pərişandı.

İndi mən əsl mənada başa düşürəm ki, sevmək nə deməkdir. Əvvəllər də möhkəm bağlandığım adamlardan ayrı düşməyimə kədərlənirdim, ancaq bir gün, iki gün, bir həftə keçəndən sonra kədərim yoxa çıxırdı, indi isə səndən uzaqlaşdıqca halım xarab olur.

Mələyim mənim, Allaha dua - sənə eləyək ki, bundan sonra bizi bir də ayrı salmasın .

Burada əsirlər məni dəli eləyiblər. Bəzilərini geri vermirlər, bir başqaları isə özləri qayıtmaq istəmirlər. Onların ucbatından burada hədər vaxt itirdim, tamamilə hədər .

Qaldığımız evə söz ola bilməz , buxarı olmadığına görə soyuqdur , manqalların iyindən isə başımız şişib .

Dünən buradakı vəzir Mirzə Həbi məni qonaq çağırmışdı, qardaşı yerli şahzadənin bacısını alır və toy - büsat on dörd gündür ki , davam edir; böyük həyətdəki bir neçə otaqda yemək - içmək, çərəz qoyulub, şam yeməyi verilir, bütün həyət geniş kətan örtüklə örtülüb, çadıra bənzəyir, gen - bol işıqlandırılıb, ortada meydan açılıb, səninlə Təbrizdə gördüyümüz müxtəlif tamaşalar göstərilir, beş yüz nəfərədək qonaq çağırılıb, mənimlə görüşməyə gələn təzəbəy zər -ziba içində idi.

Nə sən şahzadə qızısan, nə də mən məşhur adam, amma buna baxmayaraq bizim toyumuz daha şən keçdi. İlk dəfə səni öpdüyüm yadındadırmı ?

Elə ondan sonra tezliklə biz ömürlük əhd – peyman bağladıq . Bəs birinci axşam necə, yadındamı? Anan, nənən və Praskovya Nikolayevna eyvanda oturmuşdular, biz isə otaqda, pəncərədən xeyli uzaq; səni özümə sıxanda, can – ciyər, yaman qızardın, mən sənə möhkəm – möhkəm öpüşməyi öyrədirdim.

Mən xəstələnib düşərgədən geri qayıtdıqdan sonra isə sən yanıma gəlirdin. Əzizim!...

Nə vaxt sənin yanına qayıdacağam? Bilirsənmi, səndən ötrü yaman narahatam, hey mənə elə gəlir ki, səfərim ərəfəsində başına gələn hadisə yenə təkrar olunacaq.

Bircə ümidim Dərəcanadır; o, qazdan ayıq yatır və həmişə sənin yanında olur.

Əzizim, onu öp, Filippə və Zaxariyə de ki, məktubunda xəbər verdiklərinə görə onlara təşəkkür edirəm. Əgər sən onlardan razı qalsan, məndə onları razı sala bilərəm .

Bir az əvvəl şəhərə gəzməyə çıxmışdım; zəngin məscidlər, bazar, karvansara İran dövlətinin özü kimi xarabazarlıq təsiri bağışladı.

Çox güman ki, biz gələn il bu yerlərə səninlə birlikdə gələcəyik və yəqin onda hər şey gözünə yaxşı görkəmdə dəyəcək .

Xudahafiz Ninacan, mələyim mənim! İndi axşam saat 9-dur, yəqin bilirəm ki, sən indi yatmaq üçün yorğan-döşəyə girirsən, mən isə beşinci gecədir ki, çimir eləmirəm. Həkim deyir ki, kofedəndir.

Mənsə fikirləşirəm ki, səbəbi başqadır. Mağar qurulmuş həyət yataq otağının yaxınlığındadır, camaat oxuyur, şənlənir, bu nəinki məni bezdirir, əksinə, yerinə düşüb, heç olmazsa, özümü tənha hiss etmirəm.

Bir daha xudahafiz, Ağalıbəyə, Montisə və başqalarına salamımı çatdır, dodaqlarından, məmələrindən, əllərindən, ayaqlarından, bir sözlə, başından ayağınacan öpürəm .

Həmişə sənin halı pərişanın A . Qr .

P.S. Sabah Milad bayramıdır; Səni təbrik edirəm, əzizim, can – ciyərim. Günahkaram ki, (cismən günahkaram) sən bu böyük bayramı belə maraqsız keçirdirsən, Tiflisdə sənin günün xoş keçərdi. Xudahafiz, sənə çoxlu-çoxlu salam!

Hazırladı: Türkan Almuradova

Amerikalı aktyor intihar etdi Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər? Tanınmış rejissor həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Yanvar 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see254

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see229

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see227

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see224

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see193

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see185

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see170

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see155

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see153

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see150

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see141

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri