Icma.az
close
up
RU
Kaş ki bir də dönərdik o çağlara …

Kaş ki bir də dönərdik o çağlara …

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gənclik… İnsan ömrünün ən gözəl, əvəzolunmaz çağı. Əgər bilsək ki, gənclik əldən gedəndən sonra arxasınca düşüb axtaracaq, arayacaq, yenidən həyatımıza qaytarmağa çalışacağıq, lap əvvəldən onun qədir-qiymətini bilərik. Çünki gəncliyin nə qədər gözəl olduğunu onu yaşayarkən deyil, itirəndən sonra tam mənası ilə dərk edirik.

O vaxt dərk edirik ki, saçlarımız yavaş-yavaş ağarmağa başlayır. O ağlar bizi gənclikdən çox uzaqlara aparır. Nə qədər gözəl, təravətli görünməyə çalışsaq da, saçların arasından boylanan ağlar artıq başqa bir yolçuluğa çıxdığından xəbər verir.

Gəncliyin gözəlliyini, əvəzolunmazlığını o zaman dərk edirik ki, güzgü qarşısında gözlərimizin ətrafında kiçik qırışları görürük. O şüşə kimi dümdüz, hətta gülümsəyəndə belə heç bir qırış yaranmayan üzümüzdəki cizgilər bizə yeni bir yolun başlanğıcında oldumuzu söyləyir.

Gəncliyin əlimizdən uçmaqda olduğunu o zaman anlayırıq ki, ümumilikdə əvvəlki görkəmimizdən əsər-əlamət qalmır. Bu zaman nə etsək də gənclik dövrümüzün bir anını belə geri gətirə bilmirik. Üzümüzdəki qırışlar get-gedə daha da dərinləşir. Saçlarımız gündən-günə daha çox ağarmağa başlayır. Bəzənib-düzənəndə, geyinib-kecinəndə atrıq gənclikdə göründüyümüz qədər şux və gözəl görünmürük.

İllər gəncliyimizdən ötür… İllər gəncliyimizi bizdən qoparır. İllər həm də gözəlliyimizi və yaraşığımızı bizdən alır. Lakin fərqində olmuruq, düşünürük ki, elə həmişə belə görünəcəyik. Bu gözəlliyi, yaraşığı kim əlimizdən ala bilər ki? Bu, bizə məxsusdur. Bunu Yaradan verib bizə, bizim də olacaqdır. Lakin illər axı bunu demir, illər başqa sözlər söyləyir və söylədiklərinin hər birini həyat bizə yaşadır.

Elə ki, gəncliyin son akkordlarını dinləyirik, bundan sonra başlayırıq yavaş-yavaş yaşlanmağa. Hələ də gənclikdən əlimizi üzmürük. Düşünürük ki, yox, o, əlimizdən hara gedə bilər ki?.. Lakin gedir, həm də sürətlə gedir. Getdikcə də zərbələrini vurur. Biz anlayanda ki, yox, ta o gənclikdən heç nə qalmayıb, başlayırıq onu yenidən axtarmağa. Bunun üçün axtarışlar edirik, nələrə əl atırıq, nə əziyyətlər çəkirik, zəhmət sərf edirik, lakin gəncliyi daha heç yerdə tapa bilmirik.

Yaşlanırıq… Gəncliyin son nişanələrini itiririk. İtirdikcə də ən dəyərli nəyisə ititrdiyimizi hiss edirik. Deyirlər, adam nəyisə itirəndə, ölənədək gözü onu axtarır. Bax, bir də gənclik belədir. Baxırsan ki, yaş ötüb, olub 50-60, sən hələ də onu-gəncliyi axtarırsan. Gözlərin hər yerdə onu gəzir. Fotoları tökürsən qarşına, başlayırsan onlarla danışmağa. Kimlərəsə o şəkilləri göstərməklə gəncliyini göstərmək istəyirsən. Sənin də gənclikdə gözəl və yaraşıqlı olduğunu sübut etmək, hamının bilməsini istəyirsən.

Lakin bunlar da keçicidir. Andır, anlar isə keçir, gedir. Sənsə olduğun yerdəsən. Daha gənc deyilsən, yaşlanmaqdasan. Bax bu an ürəklər sızlayır. Düşünürsən ki, ah, nə tez ötüb getdi gəncliyim. Kaşki bir daha dönərdim o çağlara. Kaşki yenidən gənc olardım. Kaşki o illərin bircə anını geri qaytara bilərdim. Təəssüf ki, mümkün deyil. Gənclik getmişdir, yerinə yaşlılıq gəlmişdir. Ta sənin yol yoldaşın təravət deyil, soluxmuş üz, qırışlı əllərdir. Nə qədər çalşsan da, şux qamət deyil, o sürətli addımlar deyil, əyilmiş qamətinlə yavaşıyan addımlardır. Sənin yolyoldaşın günəşin zərrin şəfəqlərində parıldayan saçlar deyil, yıpranmış, ağarmış, daha parlamayan saçlardır.

Bəs ürək?.. Bəli, tək ürəyin gəncliyini bizdən qoparmağa heç bir qüvvənin gücü çatmır. İçimizdə, köksümüzdə bəlkə də o da qocalır, bilmirəm kiçilirmi deyim, yaşlanma səbəbindən formasını itirirmi deyim, lakin istəkləri, həyata baxışı, dəyişmir. O, gənclik duyğuları ilə yaşayan və bu duyğuları hər an insana anladan tək olanımızdır. Bəlkə elə buna görə deyirlər ki, ürək qocalmır. Qocalmır, bəli. Gənclikdən bizə qalan tək ürəyimizdir. Bəlkə də tək ürək qocalmır ki, gəncliyi hər an insana anlada. Nə qədər gözəl bir dövrün əldən getdiyini hər an xatırlada və deyə ki, insan övladı, nə üçün qədrini bilmədin gəncliyin. Bəli, elə bu səbəbdən ürəyin qocalmamasına hökm verilib, inanın…

Beləcə, həyatda qiymətini biləcəyimiz, borclu olacağımız çox şeylər var. Gənclik də onlardan biridir. Gözəlliyimiz,yaraşığımız ilə birlikdə fəal, aktiv iş həyatımız da gəncliklə bağlıdır. Dünyaya övlad bəxş etməyimiz, onu böyük səbrlə böyütməyimiz də gəncliyin bəxşişidir. Ev qurmaq, ev sahibi olmaq da gəncliyin ərməğanıdır. Sözün həqiqi mənasında, bütün gözəl görünən hər şey gənclikdədir. Yaşayarkən qədrini bilmədiyimiz, sonra çıraq işığında axtardığımız gənclik…

Qədrini bilin gəncliyinizin, əziz gənclər. Həqiqətən də gəncliyi bayram etmək, onu xüsusi gün kimi qeyd etmək ən gözəl ənənələrdən biridir. Onu ildə bir gün deyil, hər gün bayram kimi xüsusi təntənə ilə anmaq lazımdır. Çünki insan övladına verilən ömrün dörd fəslinin ən gözəli gənclikdir. Gənclik bahardır, yazdır. Çiçəkləri, rayihəsi ilə gözəldir. Rəngləri, rəngarəngliyi ilə gözəldir.

Demirik ki, uşaqlıq, qocalıq çağları yaxşı deyil. Onların da özünəməxsusluqları var. Biz uşaq olmasaq, gəncləşə bilərikmi? Gənc olmasaq, yaşlaşa, nənə-baba ola bilərikmi? Nəvə sevgisini, şirinliyini yaşaya bilərikmi? Ağ saçlar, ağ saçlar deyirik, yaşlanmasaq, o müdrikliyi yaşaya bilərikmi? Bütün fəsillər kimi, insan ömrünün də bütün çağları gözəldir. Lakin gəlin etiraf edək ki, gənclik onların ən gözəli və əvəzolumazıdır. Sən nə qədər gözəlsən, gənclik!

12 avqust Beynəlxalq Gənclər Günüdür. Bayramınız mübarək, əziz gənclər!

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri