Icma.az
close
up
RU
Kaxaber Sxadadze: “Vacib olan xarakterdir və bu gün görünmədi”

Kaxaber Sxadadze: “Vacib olan xarakterdir və bu gün görünmədi”

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XXIII turunun "Sabah" – "Qəbələ" oyunundan (7:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Katastrofik hadisə baş verdi. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti üzərinə götürür. Oyunu analiz edib, səhvlərimizi ortaya çıxarmalıyıq. Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi. Sadə səhvlərdən qollar buraxdıq. Sonra rəqib boşluqlardan maksimum istifadə etdi. "Sabah" kimi komandaya qarşı belə əks-hücum şansı vermək olmaz. Təhlillər aparmalıyıq. Danışacaq nəsə yoxdur.

– Liqada qalmaq uğrunda mübarizə aparırsız. Kubok oyununda "Sabah"a qarşı çox güc sərf etdiniz və bu gün "partladı". "Sabah"la kubok matçlarında bu qədər güc sərf etməyinizə peşmansınız?

– Belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, lider "Sabah"a qarşı bir ayda beş oyun keçirmək çox çətindir. Kubokda 0:2 geridə olsaq da, xarakter göstərmişdik. Bugünkü oyunda mənfi olan şey oyunçularda xarakter çatışmazlığı idi.

– Uzun illərdir, sizi tanıyıram. Xatırlamıram ki, komandanız bu qədər qol buraxıb. Siz xatırlayırsınızmı?

– Uşaqlara da dedim, karyeramda belə hesab olmamışdı. Qismət imiş, bunu da yaşadıq. Məğlub olmaq olar, amma əzmkarlıq olmadan belə uduzmaq faciədir. Həyatda da mübarizə aparmaq vacibdir. Bu gün bəzi oyunçular meydanda mübarizə aparmadı.

– Bu gün görünən, "Qəbələ"nin 5, "Sabah"ın 50 manatı var. Aradakı 45 manatlıq fərq meydanda göründü?

– Bu haqda danışmaq istəmirəm. Vacib olan xarakterdir və bu gün görünmədi. İstənilən halda, hər oyunçumuz xarakter göstərməlidir. Məsələn, "Şerif" nə vaxtsa "Real"a qalib gəlmişdi. Onlar arasında da fərq var idi. Ona görə deyirəm, bugünkü oyunda əsas və böyük problem xarakter idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Mart 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri