Icma.az
close
up
RU
Kazanda çıxan “Çağdaş Azərbaycan hekayəsi” antologiyası Bakıda təqdim olunub FOTO

Kazanda çıxan “Çağdaş Azərbaycan hekayəsi” antologiyası Bakıda təqdim olunub FOTO

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün (31 may 2025-ci ildə) Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyində Tatarıstanın “Yazıçı” nəşriyyatında tatarca gün üzü görmüş “Çağdaş Azərbaycan hekayəsi” antologiyanın təqdimat törəni keçirilib. Sherg.az xəbər verir ki, çıxışlarda antologiya Azərbaycanla Tatarıstan arasında ədəbi-mədəni işbirliyinin daha bir bariz örnəyi kimi dəyərləndirilib.

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirə tanınmış yazıçılar, alimlər, rəsmi şəxslər və mədəniyyət xadimləri qatılıb.

Salamlama nitqi söyləyən Daimi Nümayəndəliyin məsləhətçisi, “Kayum Nasiri İnstitutu” Bakı Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli nəşri ədəbi-mədəni diplomatiyanın nəticəsi kimi qiymətləndirib:

“Bu antologiya – dil və ruh yaxınlığımızın bariz sübutudur. Azərbaycan hekayəsinin tatar oxucusuna çatdırılması ədəbi tərcümənin yox, mədəni tərcümənin örnəyidir. Tatar oxucusuna belə bir töhfənin verilməsi bizim üçün qürurvericidir”.

Təqdimatın aparıcısı Əkbər Qoşalı tədbiri açaraq, antologiya, ondan öncə görülmüş və planlaşdırılan ədəbi-mədəni layihələr haqqında ətraflı bilgi verib, törənin ümumi məramından söz açıb:

“Bu antologiya – təkcə Azərbaycan ədəbiyyatının qardaş Tatarıstanda tanıdılması, təbliği deyil, həm də türk xalqları arasında daha bir yaddaş, söz və ruh körpüsüdür. Antologiya Azərbaycan-Tatarıstan işbirliyinin ədəbi təcəssümünü, səciyyəsini göstərir.

2023-cü ildə "Çağdaş tatar hekayələri" antologiyası bizim təşəbbüsümüzlə Bakıda gün üzü gördü; həmin antologiya qardaş xalqın nəsri, yazıçıları, onların ən ümdə təmayülləri, çağdaş tatar nəsrində müşahidə olunan əsas tendensiyalar və s. - bir sözlə, qardaş xalqın ədəbi, mədəni-mənəvi dünyası haqqında təsəvvür qazanmaq baxımından yeni və önəmli qaynağa dönüb. Budur, biz artıq Azərbaycan yazıçılarının Kazanda yayınlanmış antologiyasının təqdimatına yığışmışıq. 

Təqdim edilən antalogiya hansı mədəni irsə arxalandığımızı, hazırda necə bir ovqatda olduğumuzu və hansı üfüqlərə yönəldiyimizi özünəxas şəkildə ifadə edir. Əsl sənət əsərləri, yaradıcılıq aktları, bugünkü misalda, hekayələr yalnız müəllifin deyil, onun doğulduğu, yaşayıb-yaratdığı mühitin aynası kimi çıxış edir. Bu anlamda, son qərinə boyu keşməkeşli illər yaşamış və artıq gərginlikləri önəmli dərəcədə arxada qoymuş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi və s. kateqoriyalar üzrə halı, ovqatı, qayğı və uğurları, kədər və sevinci ədəbiyyatımızdan keçib”…

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, təqdimatı keçirilən antologiyanın önsöz müəllifi Fazil Mustafa isə öz çıxışında belə qeyd edib:

“Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində yeni nəsil Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiyanın gün üzü görməsi əlamətdar hadisədir.

Ümidvaram ki, Kazanda gün üzü görən kitablar, necə deyərlər, yalnız Kazanda qalmır, bütün Tatarıstana, Volqaboyuna, Sibir ellərinə də yayılır. Azərbaycan adı bu dəfə yazıçılarımızın hekayələri əsasında, onların istedadı, yaradıcılıq üfüqləri və məzmun dərinliyi ilə Kazandan dünyaya dalğa-dalğa yayılıb, yeni sevgi ünvanları qazanmaqdadır.

Bu, ədəbi-mədəni bağların getdikcə daha qüvvətli şəkildə davam və inkişafını ifadə edir. İnanıram ki, Kazanda çıxan yeni antologiya, Azərbaycan yeni nəsil yazıçılarının üslub özəllikləri, habelə xalqımızın içindən keçdiyi ən yeni tarix haqqında, bizim mənəvi dünyamız haqqında dolğun təsəvvürlər yaradacaqdır.

Mən Kazan şəhərinin, ümumən Tatarıstanın ilk növbədə mədəniyyət və elm-təhsili, həmrəylik və dialoqu, bir sözlə, humanitar təfəkkürü təcalla etdirdiyinə inanıram. 

Əminəm ki, qələm qardaşlığı, ədəbiyyat dostluğu eyni kökdən gələn xalqlarımızın qardaşlıq-dostluq dünyasını daha da zənginləşdirir, təbiətin, cəmiyyətin və sənətin ən gözəl rənglərini həmin dünyaya qatır.

Biz qardaş xalqlar olaraq bir-birimizi sevirik, kədər və sevincimizə biganə deyilik; bununla belə, bir-birimizin iç dünyasına, ruhuna daha yaxından bələd olmağımız vacibdir. 

Sözünə davam edən Komitə sədri deyib:

“Ədəbiyyat xalqları birləşdirən ən təsirli vasitədir. Bu kitabda təqdim olunan hekayələr təkcə müəlliflərin deyil, bütövlükdə Azərbaycanın çağdaş ruhunun da daşıyıcılarıdır. Bu əməkdaşlıq davamlı olmalıdır və inanıram ki, müvafiq ictimai və dövlət qurumlarının əməkdaşlığı ilə davamlı da olacaqdır”. 

Tədbirdə antologiyada yer alan müəlliflər – Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli, Natəvan Dəmirçioğlu, VARİS, Hümbət Quliyev, İlqar Türkoğlu və Prof.Dr. Güllü Yoloğlu çıxış edərək nəşrin dəyəri, seçilən mətnlər və ədəbi üslub barədə fikirlərini bölüşüblər.

Çıxışçılar belə tədbirlərin Türk dünyasında ədəbi inteqrasiyanı gücləndirəcəyini vurğulayıblar.

Tədbir zamanı tatar folklor, estrada ansamblları – “Ağ Kalfaq” və “Lalə”nin musiqili çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Törən çərçivəsində Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyi tərəfindən antologiyanın ərsəyə gəlməsində xidmətləri olan müəllif və təşkilatçılara “Fəxri Fərman”lar, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin tərəfindən isə Daimi nümayəndə Murad Qadılşinə və Elmira Yusifliyə “Təşəkkür məktubu” təqdim olunub. 

Daimi nümayəndə Murad Qadılşin Komitə sədri Fazil Mustafaya “Tatar dünyası” kitabı və tatar tübətəyi bağışlayıb.

Qeyd edək ki,

Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalının layihə rəhbəri olduğu “Çağdaş Azərbaycan hekayəsi” antologiyası, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayınlanıb. Kazandakı ünlü “Yazıçı” nəşriyyatında nəfis şəkildə gün üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan tanınmış azərbaycanlı vəkil İsmət Orucəliyev, rəyçiləri AYB-nin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşar, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İB-nin fəxri başqanı İlqar Türkoğludur.

Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın önsözü və Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” uğurlaması ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçının hekayəsi toplanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 May 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see198

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see169

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see160

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see148

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see137

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see133

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see132

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see131

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see129

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see124

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see121

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri