Keçmiş deputatın oğlu özünü öldürdü
Icma.az, Lent az saytına istinadən bildirir.
Rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun 20 yaşlı oğlu İvan Qudkov intihar edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi oktyabrın 14-də sosial şəbəkə hesabında məlumat yayıb.
Qudkov bildirib ki, böyük oğlu uzun illər ciddi daxili problemlərlə mübarizə aparıb, lakin təəssüf ki, bu çətinliklərin öhdəsindən gələ bilməyib.
“Ailəmizdə böyük faciə baş verib. Böyük oğlum İvan həyatına son qoyub. O, uzun illər ağır daxili problemlərlə mübarizə aparırdı. Təəssüf ki, bunların öhdəsindən gəlmək mümkün olmadı”, – deyə siyasətçi qeyd edib.
Dmitri Qudkov oğlunun ölümünün digər təfərrüatlarını açıqlamayıb. O, ailəsinin bu ağır itkini yaşaya bilməsi üçün yaxın günlərdə onları narahat etməməyi xahiş edib.
“Xahiş edirik, yaxın günlərdə bizi narahat etməyin və ailəmizə bu faciəni yaşamaq üçün imkan verin. Anlayışınıza görə təşəkkür edirik”, – deyə Qudkov bildirib.
Qeyd edək ki, Dmitri Qudkov 2011–2016-cı illərdə Rusiya Dövlət Dumasının deputatı olub. 2021-ci ildə hüquq-mühafizə orqanlarının təzyiqləri fonunda Rusiyanı tərk edib. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Rusiya Müharibə Əleyhinə Komitəsinin həmtəsisçilərindən biri olub.
2023-cü ilin fevralında Rusiya hakimiyyəti Qudkovu “xarici agentlər” reyestrinə daxil edib. 2024-cü ilin avqustunda isə Rusiya ordusu haqqında yalan məlumat yaymaq ittihamı ilə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















