Icma.az
close
up
RU
Keçmiş şöbə müdirinə qarşı dələduzluq: 26 min pul verdi, məhkəmədə barışdı

Keçmiş şöbə müdirinə qarşı dələduzluq: 26 min pul verdi, məhkəmədə barışdı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Xocavənd Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şəfahət Yusifov dələduzluqla üzləşib. 

Qayunarinfo-nun məlumatına görə, Şəfahət Yusifova qarşı dələduzluq edən Nicat adlı şəxs olub. Həmin şəxs vaxtilə prokurorluq orqanlarında çalışıb. 2021-ci ildə işdən çıxarılıb. 

Şəfahət Yusifov həmin şəxsdən müəllim işləyən övladlarını sertifikasiya imtahanından keçirməyi və xanımını Xocavənd rayonu, Xocavənd kəndində 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa etdirməyi xahiş edib. 

Nicat görüləcək işlərin müqabilində Şəfahət Yusifovdan 26 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nicatı tapmaq mümkün olmadığına görə barəsində axtarış elan olunub. Bir müddət sonra Nicat Bakı ərazisində saxlanılaraq Ağcəbədi Rayon Polis Şöbəsinə təhvil verilib. 

Məhkəmə prosesi zamanı Nicat verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş zərərin 16 000 manatını qaytarıb, yerdə qalan hissəsini qaytaracağına söz verib.

Şəfahət Yusifov da məhkəmə zamanı Nicatla barışıq əldə etdiyi bildirib. Məhkəmənin hökmü ilə Nicata 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Nicatın barəsində bundan əvvəl Nərimanov Rayon Məhkəməsi hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən, 5000 manat cərimə cəzası isə tam toplanılmaqla ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 4600 manat miqdarda cərimə cəzası təyin edilib.

Onun həbsdə və ev dustaqlığında saxlanılığı ümumilikdə 5 ay 20 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzasından çıxılıb və üzərində qəti olaraq 2 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4600 manat cərimə cəzası saxlanılıb. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri