Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Keçmişi və gələcəyi dəyişdirən vəfa ... Uzun yolda tanıdığın mərahim yalnızlığı unutdurar Video

Keçmişi və gələcəyi dəyişdirən vəfa ... Uzun yolda tanıdığın mərahim yalnızlığı unutdurar Video

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir-birindən fərqli üç insanı bir "köhnə şəhər" necə birləşdirər ki?! Həyatımın bir dönəmində "göy üzünün" ilə başlayıb "vəfa" ilə bitən bir hekayənin 3 "mərahim" qəhrəmanı var: Göktuğ, Səma və Mərahim. Onların oxşar cəhətləri hər birinin vəfalı və mərhəmətli insan olmasıdır.

2017-ci il sentyabr ayının son günlərindən başlayır, bu hekayə. İstanbulun Tophane adlanan ərazisində yerləşən tələbə yataqxanasının pilləkənlərindən gələn ayaq səsləri hələ də qulaqlarımdadır. Əslən Kahramanmaraşlı Göktuğ və ardınca anası Gülfer xanım addım-addım aşağı düşürdü. Yataqxananın koridorunda kitab oxuyarkən yuxarıdan gələn bu səs diqqətimi cəlb etdi. Pilləkənlərdən düşən o "qəhrəman"la göz-gözə gəldik, başımızla salamlaşdıq. Göktuğ pilləkənin sonuna çatanda mən çoxdan kitabda oxuduğum səhifəni itirməmək üçün əlfəcin yerləşdirmiş, qatlayıb divanda buraxmış, elə o andan etibarən "qardaşlıq" sözünün haqqını verəcəyini bilmədiyim o dəyərli insanı pilləkənin qarşısında salamlaşmağı gözləyirdim. Sanki illərdir bir-birini tanıyan və uzun müddətdir görüşməyən iki dost kimi qucaqlaşdıqdan sonra bir-birimizə baxdıq. Salamlaşıb, hal-əhval tutandan sonra anası Gülfer xanım gülümsəyərək yaxınlaşdı və bizi öncə Tanrıya, sonra bir-birimizə əmanət etdi. O anın mənəvi təsiri, duyğusal aurası xatirəmdə anlamlı iz buraxmışdı. Həyatda ilk dəfə görüşən iki yad insan deyildik, elə bil. Uzun müddət bir-birini görməyən iki qardaş kimi davranırdıq. Gülfer xanım da bizim bir-birimizi tanıdığı hissinə qapılmışdı. Sanki, paralel dünyada və ya "öncəki həyat"ımızda Göktuğla bir-birimizə rast gəlmişdik. Bu görüş elə ordaca müvəqqəti sonlandı və sonrasında biz həqiqətən də iki qardaş kimi bir münasibət qurduq. Təbii ki, bu görüşün sonrakı dönəmini uzun-uzun danışmayacağam. Çünkü bu görüşün birləşdirdiyi başqa həyatlar da var...

Türkiyənin tarixi uğurundan öz "ad"ını alan Kahramanmaraşın gülərüzlü, enerji dolu, çalışqan, ailəcanlı nümayəndəsi Göktuğ dostumla Türkiyənin başqa şəhərlərində gəzinti ilə bağlı müzakirələr edirdik, hər görüşümüzdə. Eskişehir şəhərini görməyi tövsiyyə etmişdi. Hətta onların Ankaradakı evinin həyətində səhər yeməyi yediyimiz vaxt ilk fürsətdə o şəhəri görməyimi ürəkdən arzulaması hələ də gözümün önündədir. O vaxt qucağında tutduğu və indi həyatda olmayan balaca pişik balasını sığallayan Göktuğ bu qədim şəhər haqqında çox maraqlı məlumatları mənimlə bölüşmüşdü. Türkiyənin ilk avtomobil istehsalı cəhdlərində bu şəhərin rolu olduğunu tarixi və siyasi detalları ilə izah etmişdi. Təbii ki, bu hadisə 2008-ci ildə Türkiyənin usta aktyor və aktrisa kadrının iştirakı ilə çəkilən "Devrim arabaları" filminə baxmağıma da əsaslı səbəb olmuşdu. Dostumun "tələbə şəhəri" kimi ünvan qazandığını dediyi Eskişehir sosial-iqtisadi baxımdan insanların yaşaması üçün çox əlverişli idi. Hətta şəhərin ekoloji həssaslığına dair nümunələri və beynəlxalq mükafatlara layiq görülməsini də qeyd etmişdi.

Çox keçmədi, Göktuğun təklifini dəyərləndirdim və görüşümüzdən qısa müddət sonra görməyi çox istədiyim Eskişehirin yolunu tutdum. Bakalavr təhsili aldığım Səma qarşıladı, mərkəzindən çay keçən bu qədim şəhərdə. Eskişehirin yüksək səviyyəli akademik təhsili ilə prestij qazanmış Anadolu Universiteti, tramvayla ictimai nəqliyyat sistemini rahatladan şəhər mərkəzi, hətta elə şəhərin mərkəzinə çox yaxında yerləşən "qədim" hissəsi, Porsux çayının ətrafı və xüsusilə, ilk dəfə bu şəhərdə dadmaq üçün fürsət tapdığım "boza" adlı şəfalı şirənin hazırlandığı "Karakedi bozacısı" ilə tanış oldum. Bu arada qeyd edim ki, bozanın kəmturş dadı və yumşaq forması ləzzətini dadan insanı təkrar içməyə sövq edir. Mən də bunu yaşayan biri olaraq, ilk dəfə rastlaşdığım bozadan 3 stəkan içmişdim. Təbii ki, hazırda bu yazımın mövzusu boza deyil. Hazırlanması böyük zəhmət tələb edən bu şirə haqda sonra, xüsusilə növbəti yazıda məlumat verəcəyəm. Ən əsası bu bozanın Eskişehirdəki "Karakedi bozacısı" ilə yanaşı, İstanbulda da məşhur olduğunu elə orda öyrənmişdim. Sonrakı illər İstanbula səfərlərimin birində axşam vaxtı səbrlə axtardım, tapdım "Vəfa bozacısı"nı. Doyunca içdim və dadına heyran qaldım, bir daha. Digər məşhur bozacı kimi burada da tarixi ənənə yaşayırdı, usta əllərlə yaşadılırdı...

İllər əvvəl gəldiyim "Vəfa bozacısı"na bu ilin avqust ayında bir daha baş çəkmək fürsətim oldu. Buna fürsət, istək və ya təvafuk deyək. Nəticədə tarixi dadı bugünə kimi yaşadan bozacıya ziyarət səbəbim başqa idi. Tam da bu an eramızdan əvvəl VI–V əsrlərdə yaşamış hind filosofu və dini lideri Budadan sitat gətirmək yerinə düşər: "Hər kəs öz yolunu gedə bilər, amma mərahimlə gedilən yol daha yaxşıdır". "Seranit" şirkətinin təşkilatçılığı ilə baş tutan səfər bu cümlənin reallaşması üçün bir açar oldu. Aylar öncəsindən proqramı hazırlanan bu səfərin ilk günü həyatımda sadəcə 2 dəfə gördüyüm Mərahim adlı həmkarımla sərbəst vaxtı xüsusi dəyərləndirməyi qərar vermişdik. Mərahim də, mən də "vəfa" axtarışına çıxmışdıq. Axtardığımız "vəfa" fərqli olsa da, eyni məkanda olduğunu dəqiq bilirdim. "Vəfa sadəcə İstanbulda səmt adıdır" deyənlərin bəhs etdiyi "Vəfa", elə bu şəxsiyyətin adını daşıyırdı. Söhbət Osmanlı dönəmində "Şeyh Vəfa" və ya "Vəfa Sultan" kimi tanınan, alim və şair olan tarixi şəxsiyyətdən söhbət gedir. "Vəfa Sultan kimdir?" sualını verənlərə sözüm: Mərahim məndən daha yaxşı tanıyır, ondan soruşun. Ya da bu yazını oxuyub, Vəfa Sultan haqqında Mərahimin fikirlərini öyrənə bilərsiniz: "Osmanlı sultanını dərgahına qəbul etməyən, İstanbulun mənəvi fatehi olan Şeyx Vəfa KİMDİR?"

Mən sizə bizi birləşdirən "vəfa"dan danışım. Bu vəfa Mərahimin tarixi, mənəvi dəyərlərə olan yanaşması idi. Bu vəfa Mərahimin Şeyx Vəfaya olan heyranlığının əksi idi. Bu vəfa Mərahimin mərhəmətli ruhu, tükənməz həvəsi, yüksək enerjili arzusu idi. Bu vəfa onun baxışları ilə edilən xahiş, sözləri ilə süzülən istək idi. Mərahim Şeyx Vəfa haqqında dərin biliklərini yolboyu yorulmadan, ərinmədən, bezmədən bölüşmüşdü mənimlə. Danışdığı mövzu tarixdən idi, amma gəldiyi yer ürək idi. Bunu görməmək mümkün deyildi. Xəyalını gerçəkləşdirməyə çox yaxınlaşan bir uşaq həyəcanı daşıyırdı özü ilə. Bəlkə də, gecələri yuxusundan "pay" götürən mənəvi "borc" yükünün ağırlığını aradan qaldırmaq üçün bir sınaqdan keçirdi. Mərahimin gözlərini parıldadan bu arzusunu yerinə yetirməsi üçün doğru zamanda, doğru yerdə olduğunu düşünürdüm. Tanrı istəmişdi deyə hiss edirdim. O anı dəyərləndirmək üçün çoxdan hazır idim. Mərahim "müqəddəs" axtarışında idi və səmimi niyyətlə atdığı hər addım onu çatmaq istədiyi ünvana aparacaqdı. Şübhəsiz ki, həmin o an Mərahimin yanında olmağı özümə bir "vəfa" borcu kimi hiss etmişdim. İstanbulun qızmar yay istisində, bildiyim ən qısa yollarla aparmaq üçün beynimdə xəritəni çoxdan çəkmişdim. Səfərimiz çərçivəsində "Seranit" şirkətinin rəsmi nümayəndələrinin təklif etdiyi "sərbəst vaxt" imkanını dəyərləndirməmək olmazdı. Tarixi küçələrdən keçən tramvayla başladığımız "mənəvi" ziyarət taksi ilə bitəcəkdi. İstanbul Universitetinin tarixi binasının ətrafından dolanaraq, özümüzü günəş şüalarının zərərli şüalarından mümkün qədər qoruyaraq, kölgəli küçələrdən keçərək ziyarətgaha çatdırmağı planlamışdım. Və bu arzu reallaşdı...

Keçmişin izlərini itirməyən İstanbulun qədim Vəfa məhəlləsində Şeyx Vəfanın dərgahında Mərahimi yenidən tanıdım. Vəfa Sultana daxilən verdiyi sözü tutmuş bir Mərahim vardı qarşımda. Qürurlu, sevincli, bir o qədər də duyğusal... Mənəvi borcunu yerinə yetirmək onu ruhən rahatlamağa kifayət etmişdi. Qəfəsində çırpınan quş kimi idi, ürəyi. Dolmuşdu gözləri, incədən titrəyirdi səsi. Ancaq sevinc gözyaşlarını saxlamağı bacarmışdı.

Dərgahın qapısında söhbətləşdiyimiz ağsaqqalın Şeyx Vəfa ilə bağlı danışdığı rəvayət də Mərahimin "Vəfa"lı ürəyinə zərif toxunuş etmişdi: "Əsgər oğlundan xəbər ala bilməyən bir ana Şeyxin dərgahına dua istəməyə gəlmişdi. Qapıdakı qara pişiyi işarə edən Şeyx Vəfa, "qara şimşək"dən həll etməsini təklif edib. Qadın pişiyin bu "dərd"ə çarə olacağına şübhə edib. Şeyxin qara pişiyi əsirlikdə olan əsgərin balıq hazırladığı yerə gedib və məhdud sayda olan balıqlardan birini götürüb qaçıb. Balığa görə məsuliyyət daşıyacağını düşünən əsgər pişikdən xilas etməyə qərar verir. Dəhlizlərdən, qaranlıq yerlərdə qaçdı-qovdu xoşbəxt sonluqla bitir. Əsgərin açdığı bir qapı anasına qovuşdurur. Şeyx Vəfanın dərgahına təşəkkür üçün gedən ana-oğul həmin qara pişiyə rast gəlirlər"...

"Mərahim yükü"ndən qurtulmuş bir insan var idi, Şeyx Vəfanın "qapısında". Ali-İmran Surəsi, 76-cı ayədə "...Kim əhdinə vəfa edər və (Allahdan) qorxarsa, (bilsin ki,) Allah müttəqiləri sevir" deyilir. Mərahim öz tarixi və mənəvi dəyərləri sintez etdiyi yazısındakı "əhdə vəfa" edən inanclı bir insan kimi sağollaşdı, Vəfa Sultan ilə. Ruhuna dualar oxuduğu tarixi, dini şəxsiyyətə Tanrıdan rəhmət dilədi.

“Vəfa, səssiz qalmaq deyil, yeri gələndə yanında olmaqdır” deyib, şair Can Yücel. Yanında olduğun insanla yalnızlığı bölüşmək necə gözəl bir hiss, o gün təkrar daddım. Elə indi, şeirlərini oxumqdan yorulmadığım Özdemir Asafın yalnızlıq sözlərini qeyd edim: "Yalnızlıq paylaşılmaz. Paylaşılsa, yalnızlıq olmaz". Uzun yolda tanıdığın "mərahim" yalnızlığı unutdurar. Adına layiq bir Mərahimlə həm yalnızlığı bölüşdük, həm də indi bəzi insanların yaşatmağı unutduğu vəfa duyğusunu. Sədi Şirazinin dediyi kimi: “Vəfa, artıq az tapılan bir xəzinə kimidir”. Daşıdığımız xəzinənin dəyərini bildiyimizə şübhə etmirəm...

Keçmiş və gələcəyi birləşdirən "vəfa"dan danışdım, bu yazıda. Həm Mərahimin "Vəfa"sından, həm də bizi yol yoldaşı edən "vəfa"dan. Neçə insanı bir hekayəyə "ortaq" edən vəfadan yazdım. Yazının əvvəlindəki sual boşuna deyildi. "Bir-birindən fərqli üç insanı bir "köhnə şəhər" necə birləşdirər ki?! Həyatımın bir dönəmində "göy üzünün" ilə başlayıb "vəfa" ilə bitən bir hekayənin 3 "mərahim" qəhrəmanı var" demişdim. "Göy üzü" ilə başladı və elə "göy üzü"ndən gələn vəfa ilə bitdi. Bitmədi, əslində. Bu hekayədən neçə dərs alındı, neçə yol gedildi, neçə insana rast gəlindi. Hamısından danışmaq, yazmaq istədim. Bölüşmək istərdim, yenə. Ürəyim doludur deyə, bəlkə də. Bir vaxtlar Can Yücel də belə deyib: “Söz bitməz, çünki ürək hələ danışmaq istəyir”...

Sözüm var, əslində. Sadəcə bu dəfə sözlərimi növbəti yazılar üçün "gözləmə otağı"na aparıram. Alman filosofu, şair Fridrix Vilhelm Nitşenin “Əgər sözün varsa, susmağı öyrən. Əgər sözün bitibsə, ruhun danışacaq” düşüncəsi ilə yeni yol tapıram, özümə və özümdə...

Orxan Musabəyli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri