Icma.az
close
up
RU
Kəlbəcər bu gün azadlıqdan qaliblik zirvəsinə uzanan yüksəlişdir

Kəlbəcər bu gün azadlıqdan qaliblik zirvəsinə uzanan yüksəlişdir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

25 noyabr Azərbaycan tarixində sadəcə bir tarix deyil – bu, azadlıqla, qələbə ilə, dövlətin qüdrəti ilə yoğrulmuş müqəddəs gündür. Hər il bu tarixdə Vətən sevgisinin, xalq iradəsinin və müzəffər siyasətin təntənəsi olan Kəlbəcər şəhəri günü qeyd olunur. Bu gün bir tərəfdən xalqın zəfər yaddaşını dirildir, digər tərəfdən isə Kəlbəcərin yeni həyatını, quruculuq salnaməsini dünyaya nümayiş etdirir. Kəlbəcər Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biridir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını verir. Bu adın özü belə bölgənin həm strateji, həm də mədəni mahiyyətini əks etdirir. Arxeoloji tapıntılar sübut edir ki, Kəlbəcər torpaqlarında 30 min ildən çox tarixi olan yaşayış məskənləri mövcuddur. Tərtər çayı boyunca uzanan qayalarda süni mağaralar, qayaüstü təsvirlər, 6 min il yaşı olan petroqliflər və qədim türk əlifbası nümunələri bu ərazilərin insan sivilizasiyasının erkən beşiyi olduğunu göstərir. Burada tapılmış daş abidələr həm erkən türklük dövrünün, həm atəşpərəstliyin, həm də sonrakı mərhələlərdə xristianlıq və İslamın yayılma tarixinin izlərini daşıyır. Kəlbəcər bu mənada təkcə arxeoloji deyil, həm də ideoloji dəyər daşıyır – burada Azərbaycanın çoxqatlı tarixi öz varlığını qoruyub. Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcər, Camışdağ (3724 m) və Dəlidağ (3616 m) kimi zirvələri ilə əzəmətin simvoludur. Qərbdə Ermənistan, şimalda Daşkəsən və Göygöl, şərqdə Ağdam və Xocalı ilə sərhəddə yerləşən bu bölgə həm təbii müdafiə xətti, həm də strateji körpüdür. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər, işğala qədər 53 mindən çox əhalisi, 1 şəhər, 145 kənd və 55 inzibati dairəsi ilə iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bölgə idi. Amma 1993-cü il 2 aprel tarixi Kəlbəcər üçün faciə günü kimi yadda qaldı. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində rayon işğal olundu, yüzlərlə dinc sakin qətlə yetirildi, 321 nəfər itkin düşdü, əhali ölkənin 56 rayonuna səpələndi. Tarixi-mədəni abidələr, məktəblər, muzeylər, kitabxanalar, xəstəxanalar – minlərlə dəyərli tikili yerlə-yeksan edildi. Kəlbəcərin sərvətləri, mədəni irsi və təbii ehtiyatları talan edildi. Bu vəhşiliklər BMT-nin 822 saylı Qətnaməsinin kobud şəkildə pozulması idi, lakin beynəlxalq ictimaiyyət susdu. Ermənistan işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirdi və bu torpaqların təbiətinə, mədəniyyətinə ağır zərbə vurdu.

Kəlbəcərin azad olunması 2020-ci ilin Vətən müharibəsinin strateji nailiyyətlərindən biri idi. Cənab Prezident İlham Əliyevin dəmir iradəsi, ordumuzun qəhrəmanlığı və xalqın birliyi bu torpaqlara qurtuluş gətirdi. Hələ müharibənin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri ələ keçirdi və düşmənin manevr imkanlarını tamamilə iflic etdi. Müzəffər Ali Baş Komandanın sözləri ilə desək: “Biz Kəlbəcərin şimal hissəsində strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini iflic vəziyyətə salmışdıq. Bu, həm hərbi, həm də diplomatik qələbəmizin rəmzi idi.” Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında 25 noyabrda Kəlbəcər döyüşsüz, lakin qürurla Azərbaycana təhvil verildi. Bu gün həm də milli diplomatiyamızın, strateji planlamanın və siyasi uzaqgörənliyin təntənəsi kimi tarixə yazıldı. Ermənilərin bölgədən çıxarkən törətdikləri vəhşiliklər – evlərin, bağların yandırılması, təbiətin məhv edilməsi – onların sivilizasiyadan nə qədər uzaq olduqlarını göstərdi. Amma Azərbaycan xalqı intiqamı dağıntı ilə deyil, yenidənqurma ilə aldı. Kəlbəcərin azad olunması ilə bu bölgə təkcə hərbi deyil, iqtisadi və mədəni yüksəlişin mərkəzinə çevrildi. 2020-ci il noyabrın 26-da cənab Prezident İlham Əliyev “Kəlbəcərin azad olunmasına görə” medalını təsis etdi və 9455 hərbi qulluqçu bu ordenlə təltif olundu. Daha sonra 31 iyul 2023-cü il tarixli Sərəncamla 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi. Bu qərar həm Kəlbəcərin azadlıq tarixinin, həm də onun yenidən doğuluşunun rəsmi təsdiqi oldu. Bu gün Kəlbəcər şəhəri və kəndlərində möhtəşəm quruculuq prosesi aparılır. Yanşaq, Zallar, Zar kimi kəndlərdə minlərlə ailə üçün fərdi evlər, məktəblər, uşaq bağçaları, sosial və inzibati binalar inşa olunur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu, tunellər, körpülər və enerji stansiyaları bu dirçəlişin simvoludur. Artıq yolun 67 faizindən çoxu tamamlanıb, “Çıraq-1”, “Soyuqbulaq”, “Meydan”, “Qamışlı” kimi su elektrik stansiyaları enerji təhlükəsizliyinə töhfə verir. Kəlbəcərin yenidən dirçəlişi şəxsən cənab Prezident İlham Əliyevin nəzarəti altındadır. Dövlət başçısının bu bölgəyə etdiyi hər bir səfər bir mərhələnin başlanğıcıdır. 2021-ci ildən bu günə qədər cənab Prezident Kəlbəcərə bir neçə dəfə səfər edərək tunellərin, yolların, yaşayış məhəllələrinin, su elektrik stansiyalarının və “İstisu” sanatoriyasının təməllərini qoymuşdur. Bu səfərlər təkcə infrastrukturun yox, həm də ümid və gələcəyin təməli idi. Cənab Prezidentin sözləri ilə desək: “Biz Kəlbəcəri cənnətə çevirəcəyik. Dağlar yenidən səslənəcək, bulaqlar azad nəfəs alacaq, insanlar öz yurduna dönəcək.” Bu gün Kəlbəcər artıq həmin müjdənin reallığıdır. Yeni məktəblər, yaşayış kompleksləri, müalicə-istirahət mərkəzləri və enerji layihələri bölgəni dirçəldir. “İstisu” mineral su zavodunun açılışı, təbiət parklarının salınması, yeni yaşıl enerji layihələrinin həyata keçirilməsi bu torpaqların yeni nəfəsidir.

25 noyabr – Kəlbəcər şəhəri günü artıq xalqın qürur günü, qələbə və dirçəliş bayramıdır. Hər il bu gün azadlıq, birlik və quruculuq ruhu ilə qeyd olunur. Bu bayram Kəlbəcərin azad torpağında səslənən ilk nəğmə, yenidən doğulan bir diyarın simvoludur. Kəlbəcər bu gün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur nöqtəsidir. Onun dirçəlişi Azərbaycanın dövlət siyasətinin, cənab Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin, xalqın sarsılmaz iradəsinin təntənəsidir. 25 noyabr – Kəlbəcər şəhəri günü bu mənada yalnız bir rayonun bayramı deyil,
bütün Azərbaycanın qalib ruhunun bayramıdır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri