Kəmalə Əsgərova: “Hakimliklə yanaşı, məşqçiliyi də davam etdirəcəm” İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Azərbaycan voleybol ailəsində ölkəmizi referi kimi təmsil edən yeganə qadınam”.
Bunu İdman.bizə voleybol üzrə beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova deyib.
O, Avropa Voleybol Konfederasiyası tərəfindən ilk təyinatına münasibət bildirib. Əsgərovanın sözlərinə görə, onun beynəlxalq arenaya çıxmasında Azərbaycan Voleybol Federasiyasının dəstəyi böyük olub: “Bununla bağlı müraciət etdim. Onlar da istəyimi nəzərə aldılar. Hakimlik yoluna təzə çıxmışam. Bu işlə yanaşı, məşqçiliyi də davam etdirəcəm. Hanısa klubda çalışmağı planlaşdırıram. Hazırda bununla bağlı danışıqlar aparırıq. Hər kəs hakim ola bilər. Qaydaları bilmək isə çox vacibdir”.
Qeyd edək ki, “Azərreyl”in sabiq voleybolçusu 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ədaləti qoruyacaq.
Banuçiçək Hüseynli
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















