Kəmaləddin Heydərov rəisi işdən çıxardı FOTO
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Elçin Rasim oğlu Ələsgərov vəzifəsindən azad olunub. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmri ilə mayor Fərman Telman oğlu Bayramov Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.
Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.
Baxış sayı:59
Bu xəbər 28 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















