Icma.az
close
up
RU
Kənd təsərrüfatı təyinatlı adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin , nə də örüş kimi yararlı deyil

Kənd təsərrüfatı təyinatlı adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin , nə də örüş kimi yararlı deyil

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir".

Marja.az xəbər verir ki, bunu Aərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli  bildirib.

Onun sözlərinə görə, bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir:

"Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, ”kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki,  sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir.  Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır".

M.Həsənlinin sözlərinə görə, son 2 ildə dünyanın müxtəlif regionlarında yayılan xəstəliklər, xüsusilə də quş qripi quşçuluq sahəsinə çox böyük zərər vurub:

 “Bu səbəbdən bir ildir ki, ABŞ bazarında süfrə yumurtası manatla ifadə etsək, 1 AZN-ə qədər bahalaşıb, qardaş Türkiyədə qiymət 0,3 AZN-ə yaxınlaşır.  Çox şükürlər olsun ki, Azərbaycanda bu ağır patogen xəstəliklə bağlı vəziyyət stabildir, yoluxma halına rast gəlinmir. Biz quşçuluq təsərrüfatları ölkəmizdə quş qripinə yoluxmanın qeydə alınması ehtimalını təsəvvür belə etməyə qorxuruq, çünki bu təqdirdə milyonlarla baş toyuq sürüləri qısa müddətdə məhv ola bilər. Bunun əsas səbəbi odur ki, təsərrüfatların istehsal binaları neçə illərdir dünya praktikasına uyğun təcridedilmə prosesinin təmin olunmasına imkan verməyəcək hala gəlib. İstifadə etdiyimiz binaların əksəriyyəti Sovet dövründən qalmadır, onların şərtləri müasir istehsal texnologiyalarını tətbiq etməyə imkan vermir. Bu binalarda hər hansı xəstəlik aşkarlandığı təqdirdə müxtəlif yaş qruplarından olan toyuq sürülərini bir-birindən təcrid etmək mümkün deyil.

Ümumiyyətlə, bildirim ki, quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri