Icma.az
close
up
RU
Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq?

Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometr müəyyən edilib. 

Bütün anklav və eksklav məsələləri yalnız delimitasiya prosesi və sülh yolu ilə nizamlanma çərçivəsində həll edilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirdiyi brifinqdə bildirib.

Anklav ərazilərinin, xüsusilə Kərki kəndinin taleyi və həmin ərazilərin yenidən məskunlaşdırılması riskləri ilə bağlı suala cavab verən Paşinyan belə deyib:

“Sovet dövründə mövcud olmuş xəritələrdə hüquqi baxımdan təsbit edilmiş reallıq var. Alma-Ata Bəyannaməsinin qəbul edildiyi vaxt mövcud olan xəritələrdə “Artsvaşen” Ermənistan ərazisidir, Kərki, Bağanis-Ayrım, Bərxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisi deyil.

Bu, qarşılaşdığımız faktdır. Ermənistanın 29 743 kvadrat kilometr təşkil edən ərazisinin hesablanmasına bizim eksklavımız olan Başkənd daxildir, bizim ərazimizdə yerləşən eksklavlar isə bura daxil edilmir”.

Baş nazir əlavə edib ki, hazırda İrəvan və Bakı arasında ərazilərin mübadiləsinin aparılıb-aparılmayacağı və ya onların geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı konkret razılaşma yoxdur.

Lakin əsas prinsip delimitasiya üzrə komissiyaların birgə fəaliyyət qaydalarında təsbit olunub:

“Yekun nəticədə sərhədyanı ərazilərin sakinlərinin dinc şəraitdə yaşamasını təmin edilməli və Ermənistanın 29 743 kvadrat kilometrlik tanınmış ərazisi tam şəkildə qoruyub saxlamalıdır”.

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması Azərbaycana ərazi iddiası məqsədi daşıyır. Çünki Paşinyan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistanın ərazisi olduğuna dair iddia irəli sürür və Azərbaycanın işğal olunmuş dörd anklav kəndinin qaytarılmasına dair razılaşmanın olmadığını deyir.

Bu isə Ermənistanla Azərbaycan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin mətninə ziddir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”ə görə, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağına dair öhdəlik götürüblər.

Bundan başqa hər iki dövlət digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini parçalamağa yönəlmiş hər hansı bir hərəkətə yol verməyəcəyinə dair razılaşma imzalayıb. Belə olan halda, Ermənistanın işğal altındakı kəndləri qaytarmaması sülh prosesinə zidd olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. 

Qazax rayonunun üç, Sədərək rayonunun isə bir kəndi Azərbaycanın işğal edilmiş suveren əraziləridir. Əslində, bunu Nikol Paşinyan özü də etiraf edir.

Ona görə də Azərbaycanın həmin yaşayış məntəqələrini istənilən yolla azad etmək hüququ var. Ermənistan sözügedən əraziləri qeyd-şərtsiz azad etməlidir. 

Əks-təqdirdə, Ermənistan nəqliyyat-kommunikasiya yollarını blokadada saxlamaqla yenidən təcrid vəziyyətinə düşəcək. Alma-Ata Bəyannaməsində isə sərhədlərin 1991-ci il sərhədləri əsasında delimitasiya və demarkasiya olunmasına dair heç nə yazılmayıb.

Həmin bəyannamənin 3-cü bəndində qeyd edilir ki, bu sənədi imzalayan respublikalar Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin toxunulmazlığını tanıyır və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Ermənistan SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərar qəbul etməklə Azərbaycanla inzibati sərhədləri tanımaqdan imtina edib.
Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan ərazilərini işğal etməklə Alma-Ata Bəyannaməsini pozub. Eyni proses Başkənd istiqamətində davam edib.

Ermənistan Başkənd kəndi ilə Krosnaselsk rayonunu birləşdirmək məqsədilə işğalçılıq müharibəsinə başlayıb və Gədəbəy rayonunun inzibati sərhədini dəyişməyə cəhd göstərib. Yəni Ermənistan Başkəndin sərhədindən də imtina edib.

İkincisi, Alma-Ata Bəyannaməsində “1991-ci il xəritələri” deyil, “Sovet dövrü” ifadəsi yer alır. Sovet dövrü 1920-ci ildən başlayır. Yəni sərhədlərin delimiytasiyası zamanı 1920-ci ilin xəritələri də əsas götürülə bilər.
Bu zaman Ermənistanın Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycandan qanunsuz aldığı 20 min kvadrat kilometr ərazini geri qaytarılmalıdır.

Çünki həmin torpaqlar hüquqi-konstitusion əsası olmayan şəkildə, yəni Kommunist Partiyasının plenumlarının, rayon partiya icraiyyə komitələrinin qərarı ilə verilib. Bu baxımdan, Başkənd Azərbaycan ərazisidir və onun Ermənistana aididyyəti yoxdur.

Müşfiq  Abdulla    
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan kəndlər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri