Keniyada turist filin xortumuna spirtli içki tökdü, etiraza səbəb oldu
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kenyada İspaniyalı bir turistin safari bölgəsində filin xortumuna spirtli içki tökməsi böyük etirazlara səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilb ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra həm Kenya Vəhşi Təbiəti Qoruma Xidməti, həm də xüsusi mühafizə olunan ərazilərin rəhbərləri araşdırma başladıb.
İspaniyalı turist əvvəlcə spirtli içkinin bir hissəsini içib, sonra isə qutuda qalanını filin xortumuna töküb.
"Instagram"da paylaşılan görüntülər qısa müddətdə yayılıb, gələn reaksiyalardan sonra videolar silinib.
BBC-nin təhlilinə əsasən, görüntülər Keniyanın mərkəzində yerləşən Laikipia bölgəsindəki Ol Jogi Qoruma Sahəsində çəkilib.
Ərazidə çalışan bir əməkdaş bildirib: “Biz belə bir şeyə heç vaxt icazə vermirik. İnsanların fillərə yaxınlaşmasına belə imkan yaratmırıq”.
Kenya Vəhşi Təbiəti Qoruma Xidmətinin sözçüsü Paul Udoto da hadisənin araşdırıldığını açıqlayıb. Sosial şəbəkələrdə isə çoxsaylı istifadəçi turisti tənqid edərək onun ölkədən çıxarılmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















