Kennedini xilas edə bilməyən agent öldü
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Sui-qəsd günü ABŞ-ın 35-ci prezidenti Con Kennedini mühafizə edən və dövlət başçısının həyat yoldaşı Jaklini qorumağa çalışan ABŞ Gizli Xidmətinin agenti Klint Hill 93 yaşında evində vəfat edib. AzPost xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, həmin faciəli gündə agent Klint Hill Jaklin Kennedini mühafizə etməli idi. Sui-qəsddən əvvəl o, prezident maşınının ardınca maşına minirmiş. Atışma səsləri eşidəndə agent Hill Kennedinin maşınına tullanıb. Jaklini qorusa da, prezidenti xilas edə bilməyib.
Xatırlayırıq ki, prezident vəzifəsinin icrasına başladıqdan dərhal sonra Donald Tramp ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı arxivlərdə məxfilik pərdəsi altında saxlanılan sənədlərin yayılmasına göstəriş vermişdi.
Baxış sayı:59
Bu xəbər 25 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















