Kəpəz dən tərəfdaşlıq müqaviləsi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Kəpəz” PFK və DNK İstanbul Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.
Sportal.az xəbər verir ki, razılaşmaya görə, DNK İstanbul Hospitalda klubun əsas və əvəzedicilərdən ibarət komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstəriləcək.
Bunun qarşılığında “Kəpəz”in oyun formasının sol qolunda DNK İstanbul Hospital brendinin loqosu əksini tapacaq. Eyni zamanda “sarı-göylər”in Gəncə Şəhər Stadionunda keçirəcəyi ev oyunlarında meydançanın perimetri boyu LED monitorlarda yeni tərəfdaşa aid videoçarx nümayiş oluncaq.
Müqavilənin müddəti 31 may 2027-ci ilədək nəzərdə tutulub.
DNK İstanbul Hospital Gəncədə 2005-ci ildən fəaliyyət göstərir. Ölkəmizin qərb bölgəsinin ən böyük tibb müəssisələrindən biri olan bu klinikada geniş çeşiddə diaqnostik, ambulator və cərrahi xidmətlər həyata keçirilir.
İki filialdan ibarət olan xəstəxanada Ümumi Cərrahiyyə, Ginekologiya, Estetik Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, Neyrocərrahiyyə və Nevrologiya, Travmatologiya və Ortopediya, Urologiya və Androloq, Oftalmologiya, Daxili Xəstəliklər və Endokrinologiya, Allerqologiya, Mammologiya və Radiologiya və digər şöbələr mövcuddur. Təcili tibbi yardım və stasionar xidmətlər isə fasiləsiz olaraq (24/7) göstərilir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Oktyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















