“Kəpəz” və “Panatinaikos” rəsmiləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Icma.az, Cbcsport portalına istinadən məlumat verir.
“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.
Afinada təşkil olunan yığıncaqda Gəncə kollektivinin İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak edib.
Görüşdə tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.

“Kəpəz” və “Panatinaikos” rəsmiləri görüşüblər
18 İyun 2025 19:53
Azərbaycanla QvineyaBisau arasında əməkdaşlıq məsələləri müzakirə edilib
02 Dekabr 2024 13:10
Ukrayna və Çin arasında əməkdaşlıq məsələləri müzakirə edilib
12 May 2025 16:10
Tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub
08 Yanvar 2025 21:45
Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
29 Dekabr 2024 00:30

